Ruh beyinə gələn elektrik axını ilə əlaqədə olmaz. Birbaşa Allah qatından gələn görüntü ilə əlaqədə olar.
Musiqi alətlərini Allah nemət olaraq yaratmışdır. Onlardan çıxan səs Allahın yaratdığı səsdir. Əslində musiqi alətlərindən səs çıxmaz, səs dalğası çıxar. Qulağa gələr, kar olan qulağa, o da həmin səs dalğasını qəbul edər. Ruh qarşısına keçər, onu gözəl bir musiqi olaraq dinləyər. Musiqi tamamilə müstəqil yaradılır, dalğadan musiqi yaranmaz. Səs dalğası heç bir şey əmələ gətirməz və ruh da dalğadan heç təsirlənməz. Ruh musiqini birbaşa Allahdan eşidər. Allahın yaratdığı musiqini eşidər.
Yəni səs dalğası ruhun əlaqədə olacağı bir şey deyil, ruhun buna heç ehtiyacı da yoxdur. Ruhun xüsusiyyəti baxımından səs dalğası onu maraqlandıran bir şey deyil. Beyinə gələn görüntü ilə əlaqədar elektrik axını da ruhu maraqlandırmaz. O, elektrik axını ilə heç əlaqədə olmaz. Ruh birbaşa Allah Qatından gələn görüntü ilə əlaqədə olar. Oradakı elektrik axınını nə edəcək ki? Çox zəifdir. Çox pis bir görüntü meydana gələr. Yəni beyindən, gözlərdən gələn axından bir görüntü meydana gətirsən televizora əks etdirsən, çox pis bir görüntü ortaya çıxar. Çox bulanıq, yəni obyektləri də anlaya bilməzsən. Çox bulanıq, qarışıq, dağınıq çıxar. Ruh onunla maraqlanmaz. Ruh Allah Qatından gələn dəqiq görüntüyə baxar. Bulanıq görüntüyə ehtiyacı yoxdur.

