İnsanlara bu günə qədər hiss edənin beyin olduğu öyrədilmişdir. Halbuki, beyini analiz etdikdə onun digər canlı orqanlarda olan zülal və yağ molekullarından heç bir fərqi olmadığını görürük. Yəni beyin dediyimiz ət parçasında görüntüləri seyr edib şərh edəcək, şüuru meydana gətirəcək, qısacası “mən” dediyimiz şeyi yarada biləcək bir şey yoxdur.
Bu məqamda ortaya çıxan həqiqət aydındır: Görən, eşidən və hiss edən varlıq maddədən kənar bir varlıqdır. Bu varlıq “canlıdır” və nə maddə, nə də görüntüdür. Bu varlıq bədən görüntümüzdən istifadə edərək qarşısındakı hisslərlə təmasda olur. Məhz bu varlıq “ruh”dur. Allah Quranda belə buyurur:
Sənə Ruhdan soruşarlar; de ki: “Ruh Rəbbimin əmrindəndir, sizə elmdən yalnız az bir bilik verilmişdir.” (İsra surəsi, 85)

