Hiss edən kimdir?

İnsanlara bu günə qədər qəbul edənin beyin olduğu öyrədilib. Halbuki, beyini analiz etdiyimizdə qarşımıza digər canlı orqanlarda olan zülal və yağ molekullarından fərqli bir şey çıxmaz. Yəni beyin dediyimiz ət parçasında, görüntüləri seyr edəcək, şərh edəcək, şüuru meydana gətirəcək, qısası “mən” dediyimiz şeyi yarada biləcək bir şey yoxdur.

Bu nöqtədə qarşımıza çıxan həqiqət açıqdır: Görən, eşidən və hiss edən varlıq, maddənin fövqündə olan bir varlıqdır. Bu varlıq “canlı”dır və nə maddə, nə də görüntü deyil. Bu varlıq bədən görüntümüzdən istifadə edərək qarşısındakı hisslərlə təmasda olur.

Məhz bu varlıq “ruh” dur. Allah Quranda belə bildirir:

Sənə Ruhdan soruşarlar; de ki: “Ruh Rəbbimin əmrindəndir, sizə elmdən yalnız az bir bilik verilmişdir.” (İsra surəsi, 85)