Hindu dini əxlaqsızlığı: Devadasi

Hinduizm hər hansı gözəl əxlaq xüsusiyyətini nəsihət etmədiyi kimi, azğınlığı və əxlaqdan

Hinduizm hər hansı gözəl əxlaq xüsusiyyətini nəsihət etmədiyi kimi, azğınlığı və əxlaqdan kənar həyatı da açıqca təşviq etməkdədir. Bunlardan biri də “Devadasi (ya da devdasi) sistemi”dir. Hindu ənənələrinə görə uşaq yaşdakı qızlar hindu məbədlərinə xidmət üçün verilərlər. Yoqini adı verilən bu qız uşaqları “hindu yalançı ilahlarıyla” evləndirilərək, onlara həsr edilərlər. Həqiqətdə isə məbəddəki hindu kişilər tərəfindən cinsi istismara məruz qalarlar. Bu evliliklər bir çox araşdırmaçı tərəfindən “hindu dininə xidmət yalanı ilə məbəd imzalı fahişəlik” olaraq adlanır. Bu tətbiq ilk olaraq brahmanlar tərəfindən, xalqın marağını məbədlərə çəkmək və onlardan pul yığa bilmək üçün ortaya atılmışdır. Brahmanlar xalqı da bu tətbiqin içində yer almaları üçün təşviq etmişlər, bu məqsədlə də “Vesya darsanam punyam, papa nasanam!” (Fahişəlik edən qadına baxma üstünlüyü ilə, günahlardan xilas ola bilərsiniz) şəklində şüar da uydurmuşlar. Ancaq İngilis rəhbərliyinin çıxardığı bəzi qanunlarla qadağan edilən bu tətbiqə hələ də tez-tez rast gəlinir.

Məbədlərdə edilən fahişəlik hindular tərəfindən çox qiymətli ritual olaraq görülər. Məbədlərə verilən qızlar, yəni yoqinilər, onlara görə xəyali ilahlarla evlidirlər. Bu səbəblə də ailələr qızlarını məbədlərin xidmətinə təqdim etməkdə heç bir qorxulu hal görməzlər. Bu qızlar 13 yaşına gəldiklərində əvvəlcə bir şəkil, ya da daşla simvollaşdırılan Subramania bütü ilə evləndirilərlər. Onlarla ilk olaraq rahiblər əlaqəyə girər, daha sonrakı gün, 4000 rupi ilə 10000 rupi (94-235 USD) arasında ən yüksək miqdarda pul təklif edən adama istədiyi qədər saxlamaq şərti ilə satılarlar. Bu əxlaqdan kənar qazanc isə məbədin gəliri halına gəlir.

İllinoys Universitetində aparılan bir araşdırmada Hindistanın “uşaqların fahişəlik etdirilərək cinsi mənada ən çox istismar edildikləri” ölkə olduğu ifadə edilir. Təxminən 300.000 uşaq bu əxlaqsız nizamda istifadə edilməkdə, ortalama yaş isə 13 olaraq təyin olunmaqdadır.

“Jubilee Action” adlı beynəlxalq insan haqları təşkilatı tərəfindən hazırlanan “Hindistanda uşaq fahişəliyi” başlıqlı hesabatda isə bu sayı hər il 8-10% arasında artdığı ifadə edilir. Yalnız Belgum bölgəsində 3300 ədəd devadaşi, yəni fahişəlik tətbiq olunan məbədin olduğu təxmin edilir. Fahişəliyin bu dərəcə yayılmış olması Hindistandakı AIDS xəstələrinin sayını da sürətlə artırır. Hindistanda rəsmi qeydli 3.5 milyon AIDS xəstəsi var.

Fahişəlikdə istifadə edilən “yoqini” gənc qızların böyük hissəsi kəndlərdən gəlir. Cəmiyyətin patriarxal quruluşu, dini sanksiyalar, əsrlərdir davam edən ənənələr bu tətbiqin yayılmasının ən əhəmiyyətli səbəbidir. İllinoys Universitetinin hesabatında uşaq fahişəliyinin “ənənəvi, ayinləşdirilmiş və ictimai olaraq təşkil edilmiş” olduğuna da diqqət çəkilir.

Devadasi 1982-ci ildə qanunla qadağan edilmişdir. Uşaqlarını məbədlərə fahişəlik etmələri üçün göndərən ailələr 5 ildən başlayan həbslə cəzalandırılırlar. Ancaq bu cəza çox vaxt tətbiq olunmur. Çünki devdasın hindu dinindən gələn bir ənənə olduğuna inanan ailələr bunu səhv olaraq görmürlər. 2001-ci ildə, illərlə zorla fahişəlik etdirildiyi bir məbəddən qaçan Ashama adlı 35 yaşındakı bir yoqini, uşaqlığından bəri yaşadıqlarını belə izah etmişdir:

“Məbədə girdiyim gündən etibarən heç bir zaman hüzur tapa bilmədim. Karnidə yaşayan bütün kişilərin təcavüzünə açıq hala gəldim… Yaşadığım bu zədə, daha yetkinlik çağına belə gəlmədən əvvəl başladı.”

Dövrümüzdə həddindən artıq milliyyətçi hindu qrupları da qanunlarla qadağan edilən devadasi sisteminin təkrar rəsmi olaraq həyata keçirilməsini müdafiə edirlər. Bu əxlaqi çökmənin daha ürküdücü istiqaməti isə Hindistan kimi uşaqların fahişəlik ticarətində istifadə edildikləri ölkələrin ən əsas turistik məkanlar olaraq tanıdılması, dünyanın bir çox yerindən azğın düşüncəyə sahib insanların yalnız bu məqsədlə bəhs edilən bölgələrə axın etməsidir. Halbuki fahişəlik çirkin həyasızlıq, Allahın haram etdiyi böyük günahdır. Allah Quranda belə buyurar: “Zinaya yaxınlaşmayın. Çünki bu, iyrənc bir əməl və murdar bir yoldur!” (İsra surəsi, 32)

Onlar Allahla yanaşı başqa məbuda yalvarmaz, Allahın haram etdiyi cana haqsız yerə qıymaz və zina etməzlər. Bunu edən kimsə cəzalandırılar. (Furqan surəsi, 68)

Ancaq azğın hindu dinini ilk ortaya atanlar kimi əsrlərdir bu əxlaqi azğınlığa dəstək olanlar da, bu çirkin əxlaqsızlığa ortaq olurlar.

Ancaq heç unutmamaq lazımdır ki, bu əxlaqı çöküşü təşviq edən insanların, içində olduqları vəziyyətdən tezliklə qurtarılmaları lazımdır. Bu insanlar ya Hindistanda olduğu kimi atalarından gördükləri üçün, ya da dünyanın dörd bir tərəfindəki kimi əxlaqi degenerasiya səbəbiylə çirkinliyi, əxlaqsızlığı, azğınlığı gözəl görməyə başlamışlar. İslam əxlaqının hakim olduğu bir cəmiyyət isə insanları hər zaman ən gözələ, ən doğruya, ən dürüst olana, ən heysiyyətli və şərəfli olan həyata, ən ağıllı olan rəftara etina etdirər. Allah bir ayəsində imanı gözəl və əxlaqsızlığı çirkin görənlərin doğru yolu tapdıqlarını bildirər:

…Lakin Allah sizə imanı sevdirmiş, onu qəlbinizə gözəl göstərmiş, sizdə küfrə, günaha və asi olmağa qarşı nifrət oyatmışdır. Doğru yolda olanlar da bunlardır. (Hucurat surəsi, 7)

İnsanları pisliklərdən və azğınlıqlardan saxlayacaq, gözəl əxlaqı insanlar arasında hakim edə biləcək tək güc Rəhman və Rəhim olan Allahdır. Rəbbimiz elçiləri vasitəsilə bizlərə ən gözəl əxlaqı bildirmişdir. Allah bir ayəsində belə bildirər:

Kitabdan sənə vəhy olunanları oxuyub namaz qıl. Həqiqətən, namaz çirkin və yaramaz işlərdən çəkindirir. Allahı yada salmaq isə ibadətlərin ən əzəmətlisidir. Allah nə etdiklərinizi bilir. (Ənkəbut surəsi, 45)