Hindistanda sati vəhşiliyi

Hindistanda ictimai həyata hakim olan azğın tətbiqlər saymaqla bitməyəcək qədər çoxdur

Hindistanda ictimai həyata hakim olan azğın tətbiqlər saymaqla bitməyəcək qədər çoxdur. Hər bir inanışın isə çox detallı ritualları, bölgədən-bölgəyə dəyişən şəkilləri vardır. Ancaq bunların içində ən ürküdücü olanı heç şübhəsiz əsrlərdir yüz minlərlə qadının ölümünə səbəb olan “sati” (suttee)-dir. Bu ənənəyə görə qadınlar ərlərinin ölümünün ardından özlərini yandırmalıdırlar.

Qorxunc sati ənənəsi Arilərın Hindistanı zəbtləri dövründə başlamışdı. Tək bir adam üçün tətbiq olunduğunda sati olaraq adlandırılan bu tətbiq, kütlələr halında, bir qəsəbədəki bütün qadınların və qızların dul qalmasının gözlənildiyi vəziyyətlərdə (məsələn kişilər bir döyüşə getdiklərində) tətbiq olunduğunda Jauhar olaraq bilinər.

Qadınların ərlərinin ardından özlərini yandırmalarının səbəbi isə “ərlərindən əvvəl ölməmələrinin” cəzalandırılmasıdır. Jauhar əsnasında, qadınlar heç bir günahları olmadan canlı-canlı qaynadılar, bəziləri iki parçaya kəsilər və digərləri də itlərə yem edilər. Hindu ənənələri bu vəhşi tətbiqi qanuniləşdirmək üçün bəzi açıqlamalar da gətirir. Məsələn bəzi hindu mətnlərində “Jauharın qadınların döyüşdən sonra düşmənlərin əllərinə düşməsinə maneə törətmək üçün edildiyi” izah edilər.49

Bacısı da drahoma ilə uşaq yaşlarında öldürülən hindistanlı yazıçı Sita Ararwal 1999-cu ildə yazdığı “Genocide of Women an Hinduism” (Hinduizmdə qadınların soyqırımı) adlı kitabında satinin bütün hindu mətnlərində yer alan, əsrlər boyunca brahmanlar tərəfindən tətbiq olunan və hələ də tətbiq olunmağa davam edən çox yayılmış bir ənənə olduğunu detallı olaraq izah edir.50 Başda Manu olmaq üzrə hindular tərəfindən ilahi vəhy olaraq qəbul edilən kitablarda bəhs edilən sati əmrlərindən bir neçəsi bu şəkildədir.

“Bu həyat yoldaşlarının, üzərində ölülərin yandırıldığı odun yığınına doğru ilk addımı atmalarına icazə verin, heç bir kədər olmadan gözyaşı tökmədən və gözəlcə bəzənmiş olaraq.

Ərinin cənazə atəşində ölən bir sati, cənnətdə sonsuz səadətin dadını çıxardacaq.

Ərin ardından özünü qurban etmək, bir qadın üçün edilə biləcək ən üstün vəzifədir.”

Həyat yoldaşına bağlılıq kimi doğru dəyəri qorxunc vəhşiliyə çevirən sati inancı səbəbiylə saysız qadın əsrlərdir yanaraq həyatını itirmişlər. Hindli qadınlar bu vəhşi ənənəni bəzən öz tələbləri ilə, çox zaman da cəmiyyətin təzyiqi ilə tətbiq etmişlər. Zəmanəmizdə sati, Hindistanda rəsmi olaraq qadağandır, ancaq hələ də yayılmış şəkildə tətbiq olunur. Sati hadisələri qeydlərə ümumiyyətlə ev qəzası, mətbəx yanğını kimi keçirilməkdədir. Bəzən də ictimai ritual şəklində…

Məsələn 1987-ci ildə Rajasthandakı Deorala kəndində Roop Kanwar adlı gənc bir qadın ərinin cənazə mərasimində alovlar içində öldürülmüş və sati təkrar müzakirə edilməyə başlanmışdır. Ailəsi, bölgədəki xalq və bir çox hindu qabaqcıllar tərəfindən müdafiə olunan Roopun hərəkətinin, onun öz seçkisi olduğu iddia edilmiş, bəzi kəslər isə gənc qadının ailəsi və brahmanlar tərəfindən zorla məcbur etdirilərək yandırıldığını söyləmişlər.

Bu yandırma hərəkətlərində kasta sisteminin suverenləri olan brahmanlar tarix boyunca çox böyük rol boynuna götürmüşlər. Satini təşviq edən, bütün ritualı təşkil edən ümumiyyətlə brahmanlar olmuşdur. Dövrümüzdə də sati ənənəsinin təkrar canlandırılması üçün səy göstərənlərin başında yenə brahmanlar gəlir. Ararwala görə brahmanların xüsusilə digər kastalardakı dulların qətl edilməsini təşviq etmələrinin iki təməl məqsədi var:

1) Qadınlarını ortadan qaldıraraq Brahman olmayan irqlərin sayını azaltmaq,

2) Öldürülən qadının mallarının brahmanlar tərəfindən ictimailəşdirilməsi.

İkinci maddə, 1641 və 1667-ci illəri arasında Hindistanı 6 dəfə ziyarət edən fransız səyyah Jean Baptiste Tavernierin gəzinti qeydlərində də geniş bəhs edilir. Tavernierin peşəsi zərgərlikdir və Hindistana ləl-cavahirat ticarəti ilə əlaqədar bir işi səbəbiylə gəlmişdir. Yazdıqları çox insan tərəfindən mühakiməsiz, müşahidələr edilərək qəbul edilir. Hətta Tavernierin yazılarında Hindistana istiqamətli bir heyranlıq sezilir. Ancaq digər bütün müşahidəçilər kimi Brahman olmayan kastaların brahmanlar tərəfindən sıx şəkildə qətl edilməsinə görə çaşqınlıq yaşamış, bunu da qeydlərində izah etmişdir:

“Brahmanlar sati edəcək olan qadına yoldaşlıq edərək güc və qərarlılıq təlqin edərlər. Avropalıların bir hissəsi, ölüm qorxusunun ortadan qalxması və yaşanacaq ağrıların yox olması üçün qadına hisslərini yox edən bir növ içki verildiyinə inanılır. Bu qadınların ölməsi brahmanların mənfəətinədir. Çünki qadının üzərindəki bütün ləl-cavahiratlar, üzüklər, bilərziklər yandırılmadan sonra ritualı reallaşdıran Brahmanın mülkiyyətinə keçər. Brahmanlar qadın öldükdən sonra küllərinin arasından bu zinətləri tapmağa çalışarlar.”

Tavernierin təsvirləri, yaşanan vəhşiliyin insanın gözlərinin qarşısında canlanmasına kömək olur. Brahmanların əvvəlcə qadını özünü yandırmağa təşviq etmələri, daha sonra onu şəxsən öz əlləriylə canlı-canlı yandırmaları, sonra da küllərinin arasından zinət əşyalarını axtarışları hindu ritualları həqiqətdə vəhşi bir istismarın vasitəsi olduğunu göstərir. Tavernierin xatirələrində, bu vəhşiliyin detalları belə çatdırılır:

“Üç fərqli yerdə qadınların yandırıldığına şahid oldum: Qucarat, Aqra, Dehli. Çayın, ya da su anbarının kənarında qamışlıqdan və müxtəlif otlardan ibarət olan bir neçə kvadrat metr böyüklüyündə bir daxmada edilər. Daxmanın ətrafına kiçik qablar içində yağlayar və müxtəlif materiallar qoyular. Bu materialların məqsədi yandırma əməliyyatının daha tez nəticələnməsidir. Qadın yarı yatmış vəziyyətdə daxmanın ortasında durar. Başı tez yanan bir taxtaya söykənər.

Bir brahman onu kürəyindən bir dəmirə bağlayar. Bağlamasının səbəbi qadının atəşdən qorxub qaçmasına maneə törətməkdir. Ərinin ölü bədənini qadının dizlərinin üzərinə yerləşdirərlər. Təxminən yarım saat bu vəziyyətdə qaldıqdan sonra, yanında olan brahman çölə çıxar və qadın, din adamlarına atəşi yandırmalarını söyləyər. Brahman, qohumları və yoldaşları qadının daha sürətli yanıb, əzab çəkməməsi üçün ətrafdakı yağ dolu qabları atəşə atarlar. Bədən yandıqdan sonra brahmanlar küllər arasında üzük, sırğa, bilərziklərindən qalan qızıl və gümüşləri götürərlər. Rituallara görə bu mallar brahmanlara aiddir.”

Bu edilənlər böyük vəhşilikdir və bütün dünya da satiyi bu şəkildə qəbul edir. Ancaq hindular üçün sati, ölümün öhdəsindən gəlməyi seçən sadiq bir qadın mənasını verər və bu ritualı reallaşdıran qadının guya bir növ ilah vəziyyətinə gəldiyi fərz edilər.

Hindistanda minlərlə il davam etmiş olan bu qorxunc ənənəni ilk dəfə qadağan edənlərin müsəlmanlar olması da diqqət çəkicidir. “Encyclopedia Britannica”da da ifadə edildiyi kimi, sati tətbiqini ortadan qaldırmaq üçün cəhd edən ilk rəhbərlər, 1526-1707-ci illər arasında Hindistana suveren olan müsəlman Böyük Moğol İmperiyasının hökmdarları olan Sultan və oğlu Əkbərdir.

Böyük Moğol İmperiyasından sonra Hindistana suveren olan İngilis rəhbərliyi də sati tətbiqini rəsmi olaraq qadağan etmiş, 1828-ci ildə İngilis ümumi qubernator William Bentinck tərəfindən bu mövzuda qanun nəşr olunmuşdur. Ancaq sati ənənəsi yox olmamışdır və hələ də ölkənin bəzi bölgələrində hindu ənənələrinə bərk-bərk bağlı olaraq yaşayan kənd və qəsəbələrdə sati tətbiq olunur.

Təhsilsiz, cahil hindu kütlələrin bu vəhşiliyi məqbul görmələrindən daha da qorxunc olan isə, Hindistanın ən inkişaf etmiş şəhərlərində yaşayıb, oxuyub təhsil almış insanların arasında belə satiyə hələ də tərəfdar tapa bilməsidir. Hindistanda hər keçən gün daha da güclənən həddindən artıq milliyyətçi qruplar, sati ənənəsinin canlandırılması üçün kampaniyalar qururlar.