Dünya müsəlmanlarının passiv edilmələri, təzyiq altında tutulmaları, assimilyasiya edilmələri radikal Sionist ideologiya üçün əhəmiyyətli hədəfdir. Bu gün bu ideologiyaya qapılan bəzi İsrailli radikallar, dünyanın dörd bir tərəfindəki İslam-əleyhinə güclərə dəstək verməyi, onlarla ittifaqlar quraraq bir növ “qlobal anti-İslami cəbhə” meydana gətirməyi hədəfləyir. Bu cəbhə yalnız Orta Şərq coğrafiyası ilə məhdud deyil; bütün dünyanı əhatə edir.
Kəşmir, İsrailli radikalların İslama qarşı meydana gətirməyə çalışdığı ittifaqın sıx şəkildə fəaliyyət göstərdiyi bölgələrdən biridir. Sahib olduğu yeraltı zənginlikləri, strateji mövqeyi, Pakistan ilə olan yaxınlığı, Pakistanın sahib olduğu nüvə gücü və güclü müsəlman birliyinin varlığı İsrailin Kəşmirdə diqqətini sıxlaşdırmasının başlıca səbəbləri arasında sayıla bilər.
İsrail dövləti, Amerikadakı yəhudi lobbisinə paralel olaraq, Kəşmirli müsəlmanların müstəqillik hərəkətinə qarşı Hindistana böyük dəstək verir. Bu dəstək, Hindistana edilən böyük silah köməyi və satışlarını; Hindistan gizli xidməti və xüsusi təyinatlarının “qiyamları yatızdırmaq” mövzusunda öyrədilmələrini ehtiva edir.
İsraillilər, fələstinlilərə qarşı yarım əsrdir davam etdirdikləri soyqırım və işğal altında tutma siyasətləri səbəbiylə, xalq qiyamlarını yatızdırmaq, xalqı işgəncə, psixoloji döyüş və sistemli terror yoluyla passivləşdirmək mövzusunda mütəxəssisdirlər. Bu mütəxəssislik, başqa bir çox təzyiqçi və İslam-əleyhinə rejimə olduğu kimi Hindistana da ixrac edilir.
2 iyun 2001-ci il tarixli “New York Times” qəzetində çıxan “anti-müsəlman qruplar internet üzərində birləşir” başlıqlı xəbər, radikal hindu qruplarla bəzi radikal Sionist təşkilatlar arasındakı əlaqəni təkrar gözlər önünə sərdi. Amerikadakı militan hindular tərəfindən işlədilən bir veb saytı, müsəlmanlara qarşı düşmənliyi və şiddəti dəstəklədiyinə görə şikayət edildiyi üçün bağlanılmışdı.
Lakin bir neçə gün sonra sayt, ABŞ-da yaşayan bəzi fanatik yəhudilər tərəfindən təkrar açıldı. Saytı açan Kahani təşkilatının fanatik fikirləriylə tanınan Haham Kahaninin qurduğu və terrorist təşkilatlar siyahısında adı çəkilən bir qrup idi. “New York Times” qəzeti bu əlaqənin təməlini bu şəkildə izah edirdi:
“İlk baxışda dünyanın fərqli bölgələrindəki 2 ifrat dini fəlsəfəni bir yerə gətirən bu qeyri-adi birləşmənin ortaq olan çox az istiqaməti vardır. Lakin Nyu-Yorkun etnik qarışığı içərisində birlikdə yaşayan kiçik hindu və yəhudi qrupları uzaq düşməni paylaşmanın dostluq üçün yetərli təməl olduğunu kəşf etmişlərdi. Anti-müsəlman bağları o qədər güclüdür ki… Bu əlaqəni hindu veb saytının üzvlərindən biri “Eyni döyüşdə döyüşürük” şəklində müəyyənləşdirir.”
Saytın sahibi olan Rohit Vyasmaan Kahani, “Biz onlarla eyni məqsəd üçün döyüşürük. Fələstinli, ya da pakistanlı olmaları əhəmiyyətli deyil. Hindu və yəhudilərin problemi İslamladır” şəklində şərh edir.
İsrailli və ya amerikalı bəzi radikal sionistlər ilə radikal hindular arasındakı bütün bu əlaqələr, hər iki gücün də özlərinə hədəf olaraq İslamı və müsəlmanları seçmələrindən qaynaqlanır. Halbuki bu fanatik ittifaq, həm səhv, həm də gərəksizdir.
Müsəlmanların nə hindulara, nə də yəhudilərə qarşı bir düşmənlikləri yoxdur; yalnız Kəşmirdə və ya Fələstində təzyiq görmədən, azad şəkildə yaşamaq məqsədi güdürlər. Hindu və ya yəhudi radikallar, müsəlmanlara qarşı şiddət və təcavüzkarlıq göstərmək yerinə, bu haqlı tələbə qulaq assalar, həm özləri, həm də bütün dünya sülh üçün çox daha yaxşı olacaq.
Digər tərəfdən radikal yəhudilərin müsəlmanlara qarşı, Nazi pərəstişkarı fanatik hindulara əməkdaşlıq etmələrinin mənəvi tərəfdən də çox böyük ziddiyyət olduğunu ifadə etmək lazımdır. Yəhudilər dünya üzərində inanc olaraq özlərinə ən yaxın dinin hansı olduğunu səmimi olaraq qiymətləndirsələr, cavabın İslam olduğunu görəcəklər. Müsəlmanlar da, yəhudilər də tək bir İlaha, aləmlərin Rəbbi olan Uca Allaha inanır, Ondan gələn vəhyi izləyir, Onun peyğəmbərlərinə iman edirlər.
Hər iki dinin əxlaqi dəyərləri də bir-birinə çox yaxındır. Üstəlik müsəlmanlar, Quran ayələri yəhudiləri “Kitab əhli” olaraq görür, onların inanc və ibadət azadlıqlarına hörmət edirlər. Bütün bu həqiqətlər yəhudilər ilə müsəlmanlar arasında qarşılıqlı tolerantlıq və yaxşı niyyət olmasını tələb edərkən, bəzi radikal yəhudilərin bütpərəst və faşist mədəniyyətə sahib olan fanatik hindularla əməkdaşlıq etmələri böyük ziddiyyətdir. Ümid edirik bu həqiqəti görər və hindu radikalları dəstəkləyərək dünyada daha çox qan və gözyaşı tökülməsinə vasitəçi olmaqdan əl çəkərlər.

