Hikmət və izah etmə intensivliyi, Allahın ayələrində də bildirdiyi kimi, insanlara Allah qatından bir nemət olaraq verilən xüsusiyyətlərdir. Allah bunu ayələrdə belə bildirir:
Allah dilədiyi kimsəyə hikmət verər. Kimə hikmət verilmişsə, deməli, ona çoxlu xeyir verilmişdir. Ağıl sahiblərindən başqa heç kəs (bunu) dərk etməz. (Bəqərə surəsi, 269)
Biz onun hökmranlığını möhkəmləndirdik. Ona hikmət və gözəl danışıq qabiliyyəti verdik. (Sad surəsi, 20)
Danışıqda hikmət və izah etmə intensivliyi insanlara verilmiş böyük xeyir və gözəllikdir. Bir mövzu çox müxtəlif formalarda, fərqli insanlar tərəfindən fərqli üslublarla izah edilə bilər. Ancaq əsas təsirli olan hikmətli və intensiv izah etmə xüsusiyyətinə sahib olandır. Belə izah insanların diqqətini açar, onların qəflətdən oyanmalarına kömək edər, ən yaxşı bildikləri amma üzərində heç düşünmədikləri mövzular üzərində düşünmələrinə, həqiqətlərin çox açıq olaraq görülməsinə səbəb olar.
Hikmətli bir izahda, mövzular lazımsız yerə uzadılmaz. Hər şey çox qısa, əsaslı amma çox aydın olar və təsir edici formada izah edilər. Başqa bir insanın saatlarla danışaraq izah etdiyi bir mövzunu, hikmət sahibi insan bir-iki səmimi cümlə ilə açıqlayar və bu izahı qarşısındakı insanda əhəmiyyətli təsir buraxar. Bu çox əhəmiyyətlidir; hikmətli danışmaq öyrəniləcək, dərsi alınacaq bir mövzu deyil. Qaydaları, incəlikləri olmaz. Hikmət və izah intensivliyi üçün səmimi olmaq və Allah qatından bu nemətləri istəmək lazımdır. Allah hikmətli danışığı dilədiyi anda istədiyi şəxsə ilham edər.
Hikmətə və izah intensivliyinə ən gözəl nümunə Allahın sözü olan Qurandır. Allah bütün kitablarını eyni hikmətlə göndərmişdir. Bu həqiqət ayədə belə bildirilir:
Həqiqətən, onlara (günahlardan) çəkindirən neçə-neçə xəbərlər gəlmişdir. Bu, böyük bir hikmətdir. Ancaq (haqdan üz çevirənə) xəbərdarlıqlar heç bir fayda verməz. (Qəmər surəsi, 4-5)

