Hikmət sahibi olmaq hər zaman ağıllı, qısa və mövzuya uyğun danışmaq, eləcə də doğru davranmaq deməkdir. Hikmət sahibi insan hadisələrin daxili mahiyyətini və həqiqi tərəflərini görmək qabiliyyətinə, həmçinin dərin bir anlayışa malik olar. Buna görə də onun verdiyi hər qərar və atdığı hər addım düzgün və yerində olar. Danışığı təsirli və düşündürücü olar. Danışdığı hər bir mövzu insanların qəlbində səmimi bir təsir yaradar.
Hikmət hər an Allaha yönələn, Qurana uyğun yaşayan və daim Quran əsasında düşünən səmimi və ixlaslı insanlara Allah tərəfindən verilən bir xüsusiyyətdir. Allah: “Allah dilədiyi kimsəyə hikmət verər. Kimə hikmət verilmişsə, deməli, ona çoxlu xeyir verilmişdir…” (Bəqərə surəsi, 269) ayəsi ilə hikmətin böyük bir nemət olduğunu bildirmişdir.

