Hikmət nə deməkdir?

Hikmət hər şeyin ən doğru və ən məqsədəuyğun olanını müəyyən edə bilmə qabiliyyətidir. Hikmət sahibi olan bir insanın danışığı, verdiyi qərarlar, hətta bütün davranışları mümkün olan ən ağıllı və ən düzgün xüsusiyyətləri əks etdirər. Hikmət sahibi olan bir insan bir mövzunu ən doğru, ən yığcam və ən ağıllı şəkildə izah edə, bir hadisəyə, insana və ya davranışa ən düzgün qiyməti verə bilər. Hadisələr qarşısında ən ağıllı reaksiyanı göstərər və ən gözəl davranışı nümayiş etdirər. Buna görə də hikmət sahibi olan insanlar eyni zamanda yüksək ağıl sahibi olan insanlardır.

Bir insanın hikmət sahibi olması isə yalnız Allaha iman etməsi, Qurana və Peyğəmbər Əfəndimizin (s.ə.v.) sünnəsinə tabe olması ilə mümkündür. Çünki hadisələrin doğrusunu, davranışın, düşüncənin və danışığın gözəl və ağıllı olanını insanlara öyrədən Quran və hədisi-şəriflərdir.

Allah Özünə yönələn səmimi qullarına bir nemət olaraq Öz Qatından hikmət də bəxş edər. Quranda Allahın bu neməti qullarından dilədiyinə verəcəyi belə bildirilmişdir:

Allah istədiyi kəsə hikmət bəxş edir. Kimə hikmət verilmişsə, ona çoxlu xeyir nəsib edilmişdir. Bunu isə ancaq düşüncəli insanlar anlayarlar (Bəqərə surəsi, 269) qabiliyyəti” nə mənaya gəlir?