Ağlın, çox insanın bilmədiyi bir başqa tərəfi də, insanın bütün rəftarına və danışığına “hikmət” qazandırmasıdır. Ancaq insanların böyük əksəriyyəti hikmətli rəftar və danışıqların qaynağının ağıl olduğunu bilməz. Əksinə hikmətin təhsil və təcrübə ilə əldə edilə biləcək bir xüsusiyyət olduğunu düşünərlər. Çox insan gözəl və təsirli danışa bilmək üçün dərslər almaqda, ya da təsirli danışma sənəti kimi kitablar oxuyaraq insanları təsir edəcək danışıq qaydalarını əzbərləməkdə axtarar. Bu kitablarda təsirli danışıq üçün insanların nə vaxt danışmağa başlayacağı, nə vaxt susacağı, nə vaxt güləcəyi kimi hər cür detal müxtəlif qaydalara bağlanmışdır. Bu qaydalara nə qədər diqqətlə əməl edilsə danışığın o dərəcə müvəffəqiyyətli olacağına inanırlar.
Halbuki gözəl və təsirli danışmağı hər hansı qaydaya bağlaya bilmək qəti olaraq mümkün deyil. Əksinə əsas təsirli olan danışıq heç bir qaydaya bağlanmamış, əzbərlənməmiş, insanın içindən gəldiyi kimi, çətinlik çəkmədən, süni rəftara gərək görmədən etdiyi “səmimi danışıq”dır ki, bunu da əksiksiz olaraq ancaq hikmət sahibi insanlarda görə bilmək mümkündür. Hikmətli danışan insan, səmimi sözləri ilə insanların ürəklərində dərin təsir oyandırar.
“Biz onun mülkünü möhkəmləndirdik, özünə də hikmət və düzgün qərar çıxartmaq qabiliyyəti bəxş etdik.” (Sad surəsi, 20)
Ayədə görüldüyü kimi, Allah hikmətlə birlikdə verilən nemət olaraq “izah etmə qabiliyyəti”ndən bəhs etmişdir. Belə bir nemətə qovuşa bilmək üçün isə xüsusi qabiliyyətə sahib olmağa və ya fövqəladə səy göstərməyə ehtiyac yoxdur. Bu, Allahın iman edən və səmimi olan qullarına verdiyi xüsusiyyətdir.

