Hidayəti Allah verir

Rəbbimiz elçilər və göndərdiyi kitabları ilə insanları həmişə doğru yola çağırmaqda, inkardan

Rəbbimiz elçilər və göndərdiyi kitabları ilə insanları həmişə doğru yola çağırmaqda, inkardan dönüb, iman etmələri üçün hər cəmiyyətə təkrar xəbərdar edənlər göndərməkdədir. Bu Rəbbimizin çox böyük lütfüdür.

Allah iman edib, imanlarını gücləndirməyə niyyət edən bəndələrinə də, çox böyük asanlıq diləməkdə, onları müxtəlif yollarla dəstəkləməkdədir. Ayələrdə Allahın iman edənlərə bu dəstəyi belə xəbər verilir:

Allaha iman gətirib Ondan (Onun dinindən) möhkəm yapışanları Allah Öz rəhmət və lütfünə daxil edəcək və onları Özünə aparan doğru yola yönəldəcəkdir. (Nisa surəsi, 175)

(Həcc mövsümündə) Rəbbinizdən gələcək bir lütf (qazanc) axtarmağınız sizə günah deyildir. Ərəfatdan axın edib gəldiyiniz zaman Məşəri-haramda Allahı zikr edin! Sizə göstərdiyi şəkildə Onu zikr edin! Həqiqətən, siz bundan əvvəl zəlalətdə idiniz. (Bəqərə surəsi, 198)

Ancaq bunu da unutmamaq lazımdır ki, insanın hidayət tapması da ancaq Allahın diləməsi ilə olar. Sonsuz mərhəmət sahibi olan Rəbbimiz dilədiyi bəndələrini seçər, onların taleyinə hidayəti yazar və hidayətlərini artırar:

Allahın izni olmadıqca heç bir müsibət üz verməz. Kim Allaha iman gətirərsə, Allah onun qəlbini doğru yola yönəldər. Allah hər şeyi biləndir. (Təğabun surəsi, 11)

Allah kimi doğru yola yönəltmək istəyərsə, onun qəlbini İslama açar, kimi (haqq yoldan) azdırmaq istəyərsə, göyə çıxırmış kimi onun qəlbini daraldar. Allah iman gətirməyənləri bu şəkildə əzaba məruz qoyar. (Ənam surəsi, 125)

Allah göylərin və yerin nurudur! Onun nuru, içində çıraq olan bir çıraqdana bənzəyir. O çıraq bir qəndilin içindədir. Qəndil isə, sanki parlaq bir ulduzdur ki, nə şərqdə, nə də qərbdə olan mübarək bir zeytun ağacından (çıxan yağdan) yandırılır. Onun yağı alov toxunmasa belə az qalır ki, işıq saçsın. O, nur üstünə nurdur. Allah dilədiyi kimsəni nuruna qovuşdurar. Allah insanlar üçün belə misallar çəkir. Allah hər şeyi biləndir. (Nur surəsi, 35)

İnsanların böyük hissəsi hidayət tapmazdan əvvəl çox böyük xaos içindədir. Kədər, çətinlik, qısqanclıq, ümidsizlik, kin, nifrət kimi duyğular həyatının böyük hissəsini zəbt etməkdədir. Başına gələn ən kiçik mənfi hadisə insanı çox böyük hüznə sürükləyir. Bu qaranlıq ruh halı Allaha iman etdikdə, sonsuz güc və qüdrət sahibi olan Rəbbimizə təslim olduqda bir anda ortadan qalxır. Ayədə bu vəziyyət “qaranlıqdan nura çıxma” olaraq ifadə edilir:

Allah iman gətirənlərin dostudur. Onları qaranlıqdan aydınlığa çıxarar. Kafirlərin dostu isə Tağutdur. Onları aydınlıqdan çıxarıb qaranlığa salarlar. Onlar cəhənnəm əhlidirlər, orada əbədi qalacaqlar. (Bəqərə surəsi, 257)

Sizi qaranlıqlardan aydınlığa çıxartmaq üçün sizə Öz rəhmətini göndərən Odur. Mələkləri də sizin üçün istiğfar edərlər. Allah möminlərə qarşı çox mərhəmətlidir. Ona qovuşacaqları gün onlar salamlanaraq qarşılanarlar. Allah onlar üçün gözəl bir mükafat hazırlamışdır. Ey Peyğəmbər! Həqiqətən, Biz səni şahid, müjdəçi və xəbərdar edən bir elçi olaraq göndərdik. Həm də Allahın izni ilə Onun yoluna dəvət edən və nur saçan bir çıraq olaraq göndərdik. Möminlərə də müjdə ver ki, onlar üçün Allah tərəfindən böyük bir lütf vardır. Kafirlərə və münafiqlərə boyun əymə! Onların verdikləri əziyyətlərə əhəmiyyət vermə və Allaha təvəkkül et! Vəkil olaraq Allah yetər. (Əhzab surəsi, 48)

Allahın insanların həyatını belə ziddiyyətlərlə yaratması çox böyük nemətdir. İmanın və gözəl əxlaqın dəyəri əlbəttə belə daha yaxşı qavranacaq.