“İndi aydın olur ki, şəddəli “lamlar” və “mimlər” cüt sayılsaydı, bir əsrdən sonra zülmü ortadan qaldıracaq şəxslər Hz. Mehdinin şagirdləri olacaq.” (Şüalar, səh. 605)
Bədiüzzaman “bir əsr sonra” İslam dünyasının məruz qaldığı zülmün ancaq hz. Mehdi vəsiləsi ilə aradan qaldırılacağını söyləmişdir. Onun yaşadığı dövrdən sonra gələn əsrdə, yəni hicri 1400-cü illərdə hz. Mehdinin edəcəyi fəaliyyətlərlə müsəlmanların böyük bəlalardan qurtarıb hüzurlu həyat yaşayacaqlarını bildirmişdir.
“Dünyanın gələcəkdə 1400 İL SONRA GƏLƏCƏK bir HƏQİQƏTİ öz yaşadıqları əsrə KARİB (yaxın) ZƏNN EDİBLƏR.” (Sözlər, səh. 318)
Bədiüzzaman bu sözləri ilə İslam tarixində bir çox şəxsin hz. Mehdinin öz dövrlərində gələcəyini düşünərək yanıldıqlarını ifadə etmiş və hz. Mehdinin zühur vaxtı haqqında məlumat vermişdir.
Bədiüzzaman hz. Mehdinin, Peyğəmbərimiz (s.ə.v)-dən “1400 İL SONRA” gələcəyini xatırlatmışdır. Bu, çox əhəmiyyətli məlumatdır. Bədiüzzaman burada nə 1373, nə 1378, nə 1398, nə də başqa tarix verməmiş, tam olaraq 1400 il sonrasından bəhs etmişdir. Bu tarix miladi 1980-ci ilə uyğun gəlir. Hicri 13-cü əsrin mücəddidi olaraq hicri 14-ə əsrə qədər mücəddidlik vəzifəsini yerinə yetirən Bədiüzzaman, hicri 1379, yəni miladi 1960-cı ildə vəfat etmişdir. Buna görə də Bədiüzzaman hz. Mehdinin öz yaşadığı dövrdən xeyli sonra gələcəyini bildirmişdir.
Bədiüzzaman “1400 İL SONRA” tarixini verərək eyni zamanda “14 və 15-ci əsrlər arasında vəzifə icra edəcək mücəddidin də hz. Mehdi olduğunu” xəbər verir.
Bununla yanaşı, Bədiüzzaman hz. Mehdi haqqında “1400 il sonra GƏLƏCƏK” ifadəsindən istifadə edərək, hz. Mehdinin dəqiq “gələcəyini” müjdələyir. Bədiüzzaman bu sözləri ilə hz. Mehdinin şəxsi-mənəvi olmadığını, “ifadə edilən tarixdə gələcək bir şəxs olduğunu” açıqlayır.
Bədiüzzaman verdiyi bu məlumatla hz. Mehdinin keçmişdə və Bədiüzzamanın öz yaşadığı dövrdə hələ gəlmədiyi mövzusunu da açıqlayır. Çünki diqqət yetirilsə, Bədiüzzaman “hz. Mehdi gəldi, ya da gəlib” demir, “gələcək zaman” ifadə edən sözlərdən istifadə edir və “GƏLƏCƏK” deyir.
Bədiüzzaman hz. Mehdi üçün “HƏQİQƏT” sözündən istifadə etmişdir. Bədiüzzaman bu ifadəsi ilə hz. Mehdinin zühurunun həqiqət, yəni heç bir şübhəyə yer buraxmayacaq qədər “QƏTİ HƏQİQƏT” olduğunu ifadə etmişdir.
Bədiüzzaman bu sözü ilə hz. Mehdinin gəlişindən əvvəl Mehdi olduğu zənn edilən şəxslərin əksinə, “1400 il sonra gələcək olan Mehdinin həqiqət” olacağını ifadə etmişdir. Yəni bu mübarək şəxsin, Peyğəmbərimiz (s.ə.v)-in hədislərində müjdələdiyi bütün xüsusiyyətlərə sahib olan “Əsl Mehdi” olacağını və bu xüsusiyyətləri ilə Mehdi zənn edilən şəxslərdən fərqlənəcəyini xatırlatmışdır.
Bədiüzzaman daha əvvəl də bir çox insanın hz. Mehdinin zühur tarixi ilə əlaqədar fərqli fikirlərə düşdüklərini və bu mübarək şəxsin “öz yaşadıqları əsrə yaxın” tarixdə gələcəyini zənn etdiklərini ifadə etmişdir. Ancaq Bədiüzzaman “KARİB (YAXIN) ZƏNN EDİBLƏR” deyərək bu şəxslərin hz. Mehdinin əvvəlki tarixlərdə çıxmış ola biləcəyini düşünməklə yalnız “zənn etdiklərini”, ancaq yanıldıqlarını xatırlatmışdır. Əslində isə hz. Mehdinin “hicri 1400-cü ildə” gələcəyini və bu tarixdən sonra fəaliyyətlərinə başlayacağını bildirmişdir. Bədiüzzamanın verdiyi bu tarix Peyğəmbərimiz (s.ə.v)-in hədislərində verilən məlumatlara uyğundur.

