“Tam yüz il sonra Risalə-i Nurun bütün hissələrinə tam əməl edilərək dörd tərəfdə eyni vəzifəni icra etdiyinə görə… səhih hədislərin də ifadəsi ilə Risalə-i Nur dini yeniləmə barəsində bir mücəddid hökmündədir.” (Barla Lahikası, səh. 121)
Bədiüzzaman bu sözündə isə hz. Mövlana Xalidi Bağdadidən yüz il sonra özünün və əsərlərinin mücəddid vəzifəsini yerinə yetirdiyini açıqlayır. Buna görə də 13-ci əsrin mücəddidi Bədiüzzaman Səid Nursidir.
Bədiüzzaman Səid Nursi Mövlana Xalidi Bağdadidən tam 100 il sonra, hicri 1293-cü (Miladi 1878-ci) ildə doğulmuşdur. Hicri 1379-da (Miladi 1960) isə vəfat etmişdir. Bədiüzzaman hicri 12-ci əsrin mücəddidi Mövlana Xaliddən yüz il sonra, yəni 13-cü əsrdə böyük imani xidmət etmişdir. Buna görə də Bədiüzzaman da 13 və 14-cü əsrlər arasındakı mücəddiddir.
Bədiüzzaman Risalə-i Nurun mücəddidlik, yəni dini yeniləmə vəzifəsini tam olaraq yerinə yetirdiyi qənaətinə gəldiyini ifadə etmişdir. Risalə-i Nurun təsirləri ilə mücəddidlərin fəaliyyətləri bir-biri ilə uyğun gəlir, 12-ci əsrdə yaşamış hz. Mövlana Xalid ilə eyni vəzifəni, hicri 13-cü əsrdə Bədiüzzamanın vəsilə olduğu Risalə-i Nur yerinə yetirmişdir. Buna görə də hicri 12-ci əsrin mücəddidi Mövlana Xaliddən yüz il sonra nəşr olunan Risalə-i Nur, buna görə də risalələrin müəllifi olan Bədiüzzaman da 13 və 14-cü əsrlər arasındakı mücəddiddir.
Bədiüzzamanın burada irəli sürdüyü bir başqa əhəmiyyətli mövzu vardır. Bütün elçilər və peyğəmbərlər kimi, Peyğəmbərimiz (s.ə.v)-dən sonra gələn və İslam tarixində yer alan heç bir mücəddid və ya müctəhid də şəxsi-mənəvi olaraq göndərilməmişdir. Allahın Quranda bildirdiyi Adətullahına uyğun olaraq bütün mücəddidlər insanları xəbərdar edib qorxudacaq, onları Allahın razılığı, rəhməti və cənnəti ilə müjdələyə biləcək, onlara doğrunu yanlışdan ayıran hidayət rəhbəri ola biləcək bir insan olaraq gəlmişlər. Hər birinin tələbələri və təqibçilərindən ibarət şəxsi-mənəviləri olmuşdur.
Mövlana Xalidi Bağdadi və Bədiüzzaman kimi mücəddidlər bunun ən gözəl nümunələrindəndirlər. Bu mübarək şəxslər yaşadıqları əsrlərdə şəxs olaraq gəlmiş böyük İslam alimləridir. Hər biri gözlənildiyi kimi gəlib vəzifələrini icra ediblər. Hər birinin yanında tələbələrindən ibarət və onları təmsil edən şəxsi-mənəviləri olmuşdur. Yanında olub onlara uyanlar və tələbələri böyük xidmət göstərmiş və onların şəxsi-mənəvilərini meydana gətirmişlər. Ancaq əlbəttə ki, bu şəxsi-mənəvilərin başında bir mücəddid olaraq həm Mövlana Xalidi Bağdadi, həm də Bədiüzzaman şəxsən iştirak etmişlər. Deməli, onlardan sonra gələcək olan hz. Mehdi də eyni şəkildə mənəvi şəxs olmayacaq, eyni vəzifələri boynuna götürə biləcək, dinin həqiqətlərini insanların ehtiyaclarına görə açıqlaya biləcək İslam alimi və mücəddid hökmündə bir şəxs olacaq. Bədiüzzaman bu həqiqəti verdiyi məlumatlarla çox açıq şəkildə ortaya qoyur.

