“Yuxarıdakı hədisi şərifin “hər yüz ilin əvvəlində dini təcdid edəcək (yeniləyəcək) bir mücəddid (yeniləyici) göndərir” müjdəsinin verdiyi məlumatlara uyğun) olaraq Həzrət-i Mövlana Xalid -əksər əhli həqiqətin təsdiqi ilə (din alimlərinin böyük əksəriyyətinin təsdiqi və ittifaqı ilə)- 1200-cü ilin, yəni on ikinci əsrin mücəddididir.” (Barla Lahikası, səh. 120)
Bədiüzzaman bu sözündə hz. Mövlana Xalidin 12-ci əsrin mücəddidi olduğunu açıqlayır.
Hədislərdə bildirildiyi kimi, Peyğəmbərimiz (s.ə.v)-dən hər əsrin əvvəlində insanlara din əxlaqını və hökmlərini izah edən, dövrün ehtiyaclarına görə açıqlamalar edən bir mücəddid gəlmişdir. Məsələn, İmam Rəbbani hicri 1000-ci ilin mücəddididir.
Mövlana Xalidi Bağdadi hicri 1193-cu (miladi 1779-cu) ildə doğulmuş, hicri 1242-ci ildə (Miladi 1827) vəfat etmişdir. Bu mübarək insan İslam alimlərinin böyük əksəriyyətinin ittifaqı ilə, hicri 12 və 13-cü əsrlər arasındakı mücəddiddir. Bədiüzzaman da bu həqiqətə diqqət çəkir.

