Onlar Quranı hissələrə böldülər (bir qisminə inanıb, digər qismini inkar etdilər). Rəbbinə and olsun ki, Biz onların hamısından soruşacağıq – törətdikləri əməllər barəsində. Sənə buyurulanı açıq-aşkar bəyan et və müşriklərdən üz çevir. Sözsüz ki, istehza edənlərə qarşı Biz sənə yetərik. O kəslər ki, Allaha başqa məbudu şərik qoşurlar. Onlar tezliklə biləcəklər. Biz onların dediklərindən sənin qəlbinin daraldığını bilirik. Sən həmd-səna ilə Rəbbini təriflə və səcdə edənlərdən ol! Sənə ölüm gələnədək Rəbbinə ibadət et. (Hicr surəsi, 91-99)
Hicr Surəsi, 91-99-cu Ayələr
