Hicr Surəsi, 85-89-cu Ayələr

Biz göyləri, yeri və onların arasında olanları yalnız haqq olaraq yaratdıq. O saat mütləq gələcəkdir. Odur ki, sən onları gözəl tərzdə bağışla. Həqiqətən, Rəbbin yaradandır, biləndir. Biz sənə təkrarlanan yedi ayəni və əzəmətli Quranı verdik. Onların bəzi təbəqələrinə verdiyimiz fani dünya malına gözünü dikmə. Onlara görə kədərlənmə, möminlərlə yumşaq davran. Və de: “Şübhəsiz ki, mən açıq-aşkar bir xəbərdar edənəm!” (Hicr surəsi, 85-89)