Həzrəti Lut qövmünün pozgunluğu

Allah Quranda “Allahın insanları yaratdığı fitrət üzrə hənif olaraq üzünü dinə (İslama)

Allah Quranda “Allahın insanları yaratdığı fitrət üzrə hənif olaraq üzünü dinə (İslama) çevir!..” (Rum surəsi, 30) şəklində buyurur və insanları müəyyən fitrət üzrə yaratdığını xəbər verir. Şeytan isə insanlara Allahın yaratdıqlarına dəyişdirmələrini əmr edir (Nisa surəsi, 119). İnsanı fitrətindən uzaqlaşdırıb hər cür azğınlığa salmağa çalışır. Şeytanın insanları sürüklədiyi azğınlıqların ən bariz nümunələrindən biri isə homoseksuallıqdır. Allah Quranda şeytanın yönləndirməsi ilə hərəkət edib əxlaqsız həyat yaşayan bu insanların vəziyyətini “…Doğru yolu görsələr, onu özləri üçün yol qəbul etməzlər. Ancaq azğınlıq yolunu görsələr, onu özləri üçün yol qəbul edərlər. Bu ona görədir ki, onlar ayələrimizi təkzib etdilər və onlardan qafil oldular.” (Əraf surəsi, 146) şəklində xəbər vermişdir. Bu adamlar Rəbbimizin “Allah tövbələrinizi qəbul etmək istəyir. (Nəfsani) arzularına uyanlar isə sizin böyük bir əyriliyə (əyri yola) meyil etməyinizi istəyirlər” (Nisa surəsi, 27) ayəsi ilə də buyurduğu kimi, bütün insanların doğru yoldan azmasını istəyirlər. Quranda bu insanların alacağı qarşılıq bu şəkildə bildirilir:

Ancaq onlardan sonra namazı tərk edib nəfslərinin arzularına uyan bir nəsil gəldi. Buna görə də onlar (cəhənnəmdəki) Ğəyy dərəsinə düşəcəklər. (Məryəm surəsi, 59)

Bu əxlaq azğınlığı tarixdə fərqli insan cəmiyyətləri arasında da müşahidə olunur. Bu cəmiyyətlərdən biri də bütpərəst Lut qövmüdür. Hz. Lut Rəbbimizə könüldən iman edən gözəl əxlaqlı, təvəkkül sahibi mübarək peyğəmbərdir. Qövmünü də Allahdan qorxub çəkinməyə, Allahın qadağan etdiyi bu pozğunluqdan əl keçməyə və Allahın rizasına uyğun yaşamağa dəvət etmişdi. Ancaq qövmü Allahın elçisinin dəvətinə düşmənçiliklə cavab vermişdi. Hz. Lut qövmü bu çirkin cəsarət və əxlaqsızlığa görə Rəbbimizin əzabına düçar olmuşdu.

Açıq-aşkar xəbərdar olunsalar da, azğınlığa davam edən bu insanlar Hz. Lutu və yanındakı möminləri şəhərdən sürgün etməklə hədələmişdilər. Və: “Onlar təmiz adamlardır” (Əraf surəsi, 82) deyərək möminlərə lağ etdiklərini sanmışdılar. Qövmünün bu azğınlığına baxmayaraq, hz. Lut Allahın razılığı üçün təbliğinə davam etmişdi.

Hz. Lut qövmündən elədikləri çirkin həyasızlığa son qoymağı və ona tabe olmağı istəmişdi. O, etdiyi bu təbliğin dərhal ardınca onlardan heç bir əvəz gözləmədiyini, yalnız Allahın razılığına nail olmaq üçün səy göstərdiyini bildirmişdi:

Mən bunun əvəzində sizdən heç nə istəmirəm. Mənim mükafatımı yalnız aləmlərin Rəbbi verəcəkdir. (Şuəra surəsi, 164)

Hz. Lut bu sözlərindən sonra qövmünün yaşadığı həyatın nə qədər böyük əxlaqsızlıq olduğunu belə tərif etmişdi:

Siz insanlardan kişilərləmi yaxınlıq edirsiniz? Rəbbinizin sizin üçün yaratdığı qadınlarınızı qoyub? Xeyr, siz həddi aşan bir qövmsünüz”. Onlar: “Ey Lut! Əgər (bu işdən) vaz keçməsən, sən mütləq qovulanlardan olacaqsan!” – dedilər. Lut dedi: “Həqiqətən, mən sizin bu əməlinizdən nifrət edənlərdənəm. (Şuəra surəsi, 165-168)

Hal-hazırda bəzi insanlar belə azğınlıqları mümkün və məşru göstərməyə çalışır. Dünyanın dörd tərəfində əxlaqi aşınma və degenarasiyanın artmasının səbəblərindən biri də budur. Halbuki, müsəlman bütün həyatını Allahın bildirdiyi hökmlərə görə müəyyən edir. Allahın çirkinlik və həyasızlıq kimi tərif etdiyi bu əxlaqi azğınlıq qarşısında iman sahiblərinin davranışı da hz. Lut kimi olmalıdır.

Lut peyğəmbərin bütün cəhdlərinə hədə-qorxu və hücumlarla cavab verən bu ağılsız və əxlaqsız insanların sayca çox olduqlarına görə, arxayın olduqları da ayələrdən görünür. Dindən uzaq yaşayan insanların bəziləri bu cür səhv düşüncəyə sahibdir. Yəni saylarının çox olması onlara əminlik hissi verir. Ancaq Rəbbimiz bizə tarix boyunca iman edənlərin sayının həmişə az olduğunu bildirir. Hz. Lut qövmündə iman edənlərin sayı üçün Allah ayədə: “Lakin orada bir evdən başqa müsəlman tapmadıq” (Zariyat surəsi, 36) şəklində buyurur.

Ancaq Allah daima möminlərə yardım etmişdir və mühüm olan da budur. Quranda Rəbbimiz səmimi qəlblə iman edən, sadəcə Allahın rizasını gözləyən, axirət yurdu üçün saleh işlər görən, İslam əxlaqını insanlar arasında yaymağa çalışan iman sahiblərinin hər zaman qalib gələcəyini vəd edir. Rəbbimizin bu ilahi qanunu əsrlər boyunca reallaşmış, hər zaman sayları az olan möminlər özlərindən sayca çox olan qövmlərinə qarşı mübarizədə böyük zəfərlər əldə etmişdir.