İnsanlara Allahın varlığını, kainatı bürümüş yaradılış dəlillərini yəni Allahın və Rəsulunun yolunu izah etmək bütün iman sahiblərinin, Allahdan qorxan bütün müsəlmanların ən böyük məsuliyyətidir. İslam əxlaqının insanlar arasında yayılması üçün hər bir insan əlindən gələn səyi göstərməlidir. Əvvəlcə öz əxlaqını Allahın razı olacağı hala gətirməli, daha sonra da, ən yaxın ətrafından başlayaraq insanlara Allahın sonsuz güc və qüdrətini izah etməlidir. Çünki, Quranda möminlərin insanları xeyirə (haqqa) çağırmaq, onlara yaxşılığı izah etmək və pislikdən çəkindirməklə məsul olduqları bildirilmişdir.
Aranızda, xeyrə çağıran, yaxşılığı əmr edən və pis əməllərdən çəkindirən bir camaat olsun. Onlar əsil nicat tapanlardır. (Ali İmran surəsi, 104)
Bu ayənin mənası budur ki, müsəlmanlar həm bir-birlərini, həm də digər insanları Allahın bəyənəcəyi əxlaqa yönəltməyə çalışırlar. Quranda möminlərə “sözün ən gözəlini” demələri əmr olunmuşdur. Bu səbəbdən, iman edənlər ağlı və vicdanından ən gözəl şəkildə istifadə edib danışarlar, qarşılarındakı insanlara ən faydalı sözlər deməyə çalışarlar. Özlərinin də, Quran əxlaqını öyrənmədən əvvəl, yanlış həyat yaşadıqlarını və ancaq Allahın rəhməti sayəsində gözəl əxlaqa sahib ola bildiklərini unutmazlar. Din əxlaqını izah edərkən heç bir zaman qarşı tərəfə məcbur edəcək üslubdan istifadə etməzlər.
Quranın “Artıq sən öyüd-nəsihət verib xatırlat. Sən ancaq öyüd-nəsihət verənsən! Onların üzərində (təzyiq göstərərək məcbur etmə) hakim deyilsən.” (Ğaşiyə surəsi, 21-22) ayələrində bildirildiyi kimi, müsəlmanların məsuliyyətinin yalnız gözəl sözlə öyüd vermək olduğunu, hidayəti verəcək olan isə Allah olduğunu bilərək danışarlar. Bir ayədə: “Rəbbinin yoluna insanları hikmətlə (Quranla, tutarlı dəlillərlə), gözəl öyüd-nəsihətlə (islama) dəvət et, onlarla ən gözəl surətdə (şirin dillə, mehribanlıqla, əqli səviyyələrinə müvafiq şəkildə) mübarizə et.” (Nəhl surəsi, 125) hökmü ilə bildirildiyi şəkildə “ən gözəl üslubda” danışmağa çalışarlar.
Bir başqa ayədə isə: “…. onlara öyüd ver və onlara nəfisləri ilə bağlı açıq və təsirli sözlərlə müraciət et!” (Nisa surəsi, 63) bildirildiyi kimi, müsəlmanlar, səhvə yol verən insanların nəfslərinə aid açıq və təsir edici sözlər söyləyərək birbaşa qarşı tərəfin vicdanına xitab edərlər. Son dərəcə hörmətlə və yumşaq üslubdan istifadə edərlər, qarşı tərəfə müsbət və dünyagörüşlərinə uyğun şəkildə yaxınlaşarlar. Bu kəslərlə ağıla və səmimiyyətə çəkəcək (yönəldəcək) söhbətlər edərlər. Onları, xətalı olduqları vəziyyətdən imtina etmələri, daha gözəl rəftara yönəlmələri üçün axirəti, Allahın dediyi hər sözü eşitməsini, hər bir hərəkətini gördüyünü xatırladaraq, Allahdan qorxub çəkinməyə dəvət edərlər.
Siz İslam əxlaqını səmimi izah edərək səy göstərə bilərsiniz, ancaq bütün səyinizə baxmayaraq, qarşı tərəf izah edilənləri basa düşməyə bilər və ya tam olaraq qəbul etməyə bilər. Buna görə ümidsizliyə qapılmayın, və ya kədərlənməyin. Sizin məsuliyyətiniz Allahın ibadət olaraq bildirdiyi təbliğ vəzifəsini ən gözəl şəkildə yerinə yetirməkdir; verilən nəsihətlərə əməl edib və ya etməməyin məsuliyyəti isə yalnız izah edilən adamın özünə aiddir. Əgər bu insan izah edilənləri qəbul etmirsə, bunda bir xeyir olduğunu bilməlisiniz. Quranda “Şübhəsiz ki, sən istədiyini doğru yola yönəldə bilməzsən. Amma Allah dilədiyini doğru yola yönəldər. Doğru yolda olacaq kəsləri (öz əzəli elmi ilə) daha yaxşı O, bilir!” (Qəsəs surəsi, 56) bildirildiyi kimi, hidayəti verən Allahdır.
İnsanlara yaxşı davranıb, başqalarına da yaxşılığı əmr edib, pisliklərdən uzaqlaşmaq və uzaqlaşdırmaq çox əhəmiyyətli bir ibadətdir, hər kəs öz imkanları və gücü daxilində bu ibadəti yerinə yetirməlidir. İnsan hansı imkanlara sahib olursa olsun, hansı şərtlər altında olursa olsun əlindən gələndən də çox Allahın razılığı (rızası) üçün hərəkət etməlidir. Vicdanla, əsla az ilə kifayətlənməməli, həmişə gücünün çatdığı ən çoxu ilə xidmət etməlidir. Necə ki, Allah, xəstələrin ya da gücsüzlərin məsuliyyətini asanlaşdırmış, ancaq onlara da, “xeyirə çağırmağı” əmr etmişdir. Bu vəziyyət bir Quran ayəsində belə xəbər verilir:
Allah və Peyğəmbəri üçün (insanlara) öyüd-nəsihət verəcəkləri təqdirdə, acizlərə, xəstələrə, xərcləməyə bir şey tapa bilməyənlərə (cihad etməməkdə) heç bir günah yoxdur. Yaxşı işlər görənlərə heç bir qınaq yoxdur. Allah bağışlayandır, rəhm edəndir. (Tövbə surəsi, 91)
Bu halda, imkanı az və ya çox olsun xeyirə (haqqa) çağırmaq hər insanın borcudur. Bilinməyən Həqiqətlər instaqram səhifəsi, Youtube kanalı və Quran ayələri ilə izah edən, insanları dinsizliyin kabusuna qarşı xəbərdar edən qiymətli qaynaqlardır. Bu paylaşımları mümkün olduqca çox insana çatdırmaq, insanın islama əlindən gələn dəstək verməsi “xeyirə çağırma” ibadətini etməsinə və yuxarıdakı ayənin hökmünü yerinə yetirməsinə, Allahın icazəsi ilə, vəsilə ola bilər. Buna görə də, hər kəs imkanı daxilində bu işlərə dəstək olmalıdır. Allah bir ayədə belə buyurur.
Onlar Allaha və axirət gününə inanır, yaxşı işlər görməyi əmr edib pis əməllərdən çəkindirir və xeyirli işlər görməkdə bir-birləri ilə yarışırlar. Onlar əməlisaleh kimsələrdəndirlər. (Ali İmran surəsi, 114)
Allah dininə kömək edənlərlə əlaqədar olaraq belə buyurur.
…Allah Özünə (dininə) yardım edənə mütləq yardım edər. Şübhəsiz ki, Allah çox güclüdür, yenilməz qüvvət sahibidir. (Həcc surəsi, 40)
Paylaşımların yayılmasına, oxunmasına, daha çox insana çatdırılmasına vəsilə olmaq, belə bir xeyirə vasitəçi olmaq, insana, Allahın icazəsi ilə böyük mükafat olaraq dönəcək. Bu etdikləri, eyni zamanda insanın digər müsəlmanlara olan sevgisinin və mərhəmətinin də göstəricisidir. İnsan bu yolla, iman sahiblərinin artmasına, Allaha yaxınlaşmalarına vəsilə olmuş olar. Onların, Allahı daha çox zikr etmələrini, ölümü, axirəti daha çox fikirləşmələrini (düşünmələrini), vicdanlarının oyanması və şüurlarının açılmasını, dövlətə və millətə bağlı fərdlər halına gəlmələrini təmin etməsində vasitəçi olmuş olarlar.
İnsanların həyatının böyük hissəsi danışaraq keçir. Lakin bu danışıqların böyük hissəsi ümumiyyətlə boş və gərəksizdir. Halbuki, zaman, insan üçün çox qiymətlidir. Hər insanın mütləq düşünməsi və ağılından çıxarmamalı olan çox əhəmiyyətli mövzular vardır. Bunları düşünüb, insanların bir-birlərinə bu mövzuları xatırlatmaq yerinə gərəksiz mövzularla vaxt itirmələri çox böyük bir xətadır. Lakin hər şeydən vacib Allahın, insanlara boş danışmamalarını əmr etməsidir. Bu həqiqət Quran ayəsində belə bildirilmişdir:
Onlar yalan yerə şahidlik etməz və boş şeylərlə qarşılaşdıqları zaman vüqarlı bir şəkildə oradan keçib gedərlər. (Furqan surəsi, 72)
O kəslər ki, boş söz və hərəkətlərdən üz çevirərlər, (Muminun surəsi, 3)
Göründüyü kimi, Allah müsəlmanları boş və lüzumsuz yerə danışmağı qadağan etmişdir. Bunu edə bilmənin tək yolu Allahı anmaq, Quran ayələrini zikr etmək və xeyirli danışmaqdır. Buna görə də, öyrəndiklərinizi izah etmək çox xeyirli fəaliyyət olacaqdır. Allahı xatırlamağın çox əhəmiyyətli ibadət olduğu Quranın bir ayəsində belə xəbər verilir:
…Allahı zikr etmək ən böyük ibadətdir. Allah sizin etdiklərinizi bilir. (Ənkəbut surəsi, 45)
Evlərinizdə oxunan Allahın ayələrini və hikməti xatırlayın! Şübhəsiz ki, Allah lütfkardır, hər şeydən xəbərdardır. (Əhzab surəsi, 34)

