İman edənlərlə digər insanlar arasındakı fərq nədir? Bu suala səmimi olaraq iman etməyənlərdən fərqli cavablar gələ bilər. Onlar, möminlərlə aralarında mədəni və əxlaqi bəzi fərqlər olduğunu söyləyə bilərlər. Saleh möminlərin “dünya görüşü”nün fərqli olduğunu, onların bəzi “dəyər”lərə inandıqlarını, özlərinin isə bu “dəyər”ləri qəbul etmədiklərini irəli sürə bilərlər.
Müsəlman, Allahın, dininə bağlananlara verdiyi bir addır. Quranda təsvir edilən müsəlmanları digər insanlardan ayıran əsas fərq, bu insanların Allahın sonsuz qüdrətinin tam mənasıyla fərqində olmalarıdır. Allahın sonsuz qüdrətinin fərqində olmaq isə, sadəcə, Yaradanımız Uca Allahın var olduğunu təsdiq etmək demək deyil. Allah Quranda bu həqiqəti belə bildirir:
De: “Sizə göydən və yerdən ruzi verən kimdir? Qulaqlara və gözlərə hakim olan kimdir? Ölüdən diri çıxaran, diridən də ölü çıxaran kimdir? İşləri yoluna qoyan kimdir?” Onlar deyəcəklər: “Allah!” De: “Bəs belə olduğu halda Allahdan qorxmursunuz?” O sizin Haqq Rəbbiniz olan Allahdır. Haqdan sonra zəlalətdən başqa nə ola bilər? Siz necə də haqdan döndərilirsiniz! (Yunis surəsi, 31-32)
Ayədə Allahın varlığına inandığını söyləyən və Onun sifətlərini qəbul edən, amma bütün bunlara baxmayaraq , “Allahdan qorxub-çəkinmə” xüsusiyyətindən məhrum olan və Allahdan üz çevirmiş biridir. Quranda xəbər verildiyi kimi, şeytan da Allahın varlığına inandığını, Rəbbimizdən qorxduğunu söyləyir, buna baxmayaraq ağılsız, üsyankar və çox çirkin əxlaq göstərir.
Mömin, Allahın varlığının və gücünün fərqindədir. Allahın onu nə üçün yaratdığını və ondan nələr istədiyini bilir. Bu səbəblə də, dünyadakı əsl məqsədi Allahın razı olduğu insan olmaq üçün çalışmaqdır. Özünü məqsədinə çatdıracaq hər yolu sınayar, bunun üçün ciddi səy göstərər. Bunun sayəsində ölümün də həqiqi mənasını bilir: Ölüm əsla bir yoxluq, yox olmaq deyil, həqiqi həyata keçid mərhələsidir.
I Mömin, Allahın razılığını axtardığı üçün mömindir. Məhz mömini, digərlərindən ayıran ən əhəmiyyətli fərq buradadır. Möminlər, dinin Allahın razılığını qazanmaq üçün izləniləcək haqq yol olduğunu bilərkən, bir çoxlarının cahil düşüncələrinə görə din, bəzi inancları ehtiva edən qaydaların cəmidir və həyatında əhəmiyyətli bir yeri yoxdur. Heç şübhəsiz, bu insanlar, bu səhvlərinin acısını dünyada hər an yaşayırlar.
Onsuz da həqiqi möminlərlə, mömin təqlidi edən ikiüzlülər (münafiqlər) arasındakı fərq də burada ortaya çıxar. Möminlər, dini Allahın rizası üçün şövqlə, istəklə və coşğu ilə yaşayarkən, münafiqlər öz ağıllarına görə bəzi mənfəətlər əldə etmək üçün yalnız təqlidi hərəkətlər edərlər. Səmimi olaraq dinə inanmadıqları və din əxlaqını yaşamadıqları halda, inanırmış və yaşayırmış kimi rəftar edərlər. Möminlər namazlarını “huşu” (Allaha qarşı hörmət dolu qorxu) içində qılarkən (Muminun surəsi, 1-2), münafiqlərin namazı insanlara “göstəriş” olsun deyə (Maun surəsi, 6) qılmaları da bundandır. Eyni şəkildə münafiqlər, Allah yolunda edilən xərcləri (infaq) də əslində Allah rizası üçün deyil, yenə insanlara nümayiş olsun deyə edərlər:
Ey iman gətirənlər! Özünü insanlara göstərmək üçün malını sərf edib Allaha və axirət gününə inanmayan şəxs kimi, siz də sədəqələrinizi minnət qoyaraq və əziyyət verərək puça çıxartmayın! Onun (minnətlə sədəqə verənin) halı, üzərində (bir az) torpaq olan qayanın halına bənzəyir. Ora şiddətli bir yağış yağıb onu çılpaq bir hala salar. Onlar, qazandıqlarından heç bir şeyə (savaba) nail ola bilməzlər. Allah kafirlər qövmünü doğru yola yönəltməz. (Bəqərə surəsi, 264)

