Həyatımızdakı eniş-yoxuşlar xüsusi olaraq yaradılmışdır

Bəzi insanlar çox sakit və nizamlı şəkildə yaşamaq istəyirlər

Bəzi insanlar çox sakit və nizamlı şəkildə yaşamaq istəyirlər. Ani və sürpriz hadisələrlə qarşılaşmadan, böyük eniş-yoxuşlar yaşamadan həyatının sonuna qədər alışdıqları kimi yaşamağı xəyal edirlər.

İnsanların bu seçimlərinin səbəbi isə özləri üçün bunun ən yaxşı olduğunu zənn etmələridir. Həyatı nə qədər nizamlı və nə qədər sakit olsa, alışdıqları nizam nə qədər az pozulsa, o qədər xoşbəxt olacaqlarını sanırlar.

Halbuki, bu, insana həmişə fayda verməz. Bəzən insanın həyat tərzindəki sabitlik insana ümid etdiyi faydanı təmin etməz. Əksinə, həyatındakı ani, sürpriz hadisələr, böyük eniş-yoxuşlar bu şəxs üçün əsl qazanc olar.

İnsan məhdud ağıla sahib olduğu üçün özünə fayda verən şeyin nə olduğunu bilməz. Amma Allah sonsuz ağıl sahibidir. Allah dünya həyatındakı eniş-yoxuşları, bəzən çətinlik, yoxluq və ya xəstəlik kimi əskiklikləri, bəzən də nemət artımlarını böyük hikmətlə yaradır.

İnsanın ruhu sakitliyi, alışdığı kimi yaşamağı, böyük sürprizlərlə qarşılaşmadan, planlaşdırdığı kimi yaşamağı sevər. Əlbəttə, bu şərtlərin insana təmin etdiyi müəyyən rahatlıq vardır. Ancaq sakitliyin, sabitliyin, nizamın və təkrarlanan həyat tərzi içərisində yaşamağın zərərləri də vardır.

İnsanın vərdişlərindən kənara çıxmadan yaşamaq istəyi zəkasından, ağlından, vicdanından, iradəsindən minimum istifadə etmə ehtiyacından irəli gəlir. Belə bir həyat tərzi sürən insan düşünmədən, risk etmədən, sınayıb yanılmadan, əzbərlədiyi və dəfələrlə test edib təsdiqlədiyi qaydalar içərisində ən az səhv edəcək şəkildə yaşamaq imkanı əldə etmiş olur…

I …İnsanın həyatında meydana gələn ani dəyişikliklər, sürprizlər, gözlənilməz eniş-yoxuşlar isə insanın ağlından maksimum istifadə etməsini tələb edən vəziyyətlərdir. Düşünmək, ani və ağıllı qərarlar vermək, şərtlərin dəyişməsi üçün lazım olan tədbirləri tapıb tətbiq etmək, risk edib cəsur və qətiyyətli davranmaq, həyati cəhdlər etmək bu cür vəziyyətlərdə zəruri ehtiyac halını alır. Normal ağıla sahib olan bir insanın çətinliklər qarşısında laqeyd və sakit davranması mümkün deyil. İnsan istər-istəməz olduğu vəziyyətdən, üzləşdiyi maddi və ya mənəvi çətinliklərdən xilas olmağın yollarını axtarmağa başlayır.

Məhz həmin anda bir çox insan bəlkə çox əhəmiyyətli bir həqiqətin fərqinə varmır. Ancaq çətin şərait, nizamını pozan, vərdişlərini tərk etməsinə səbəb olan, onu yaşadığı sakit həyatdan uzaqlaşdıran ani hadisələr, əslində, onun üçün yaradılmış çox böyük nemətlərdir.

Çünki insanın ruhu özbaşına buraxılanda öz-özünə inkişaf edən quruluşa sahib deyil. Həqiqətən, səbirlə, iradə ilə səy göstərəndə bir irəliləyiş baş verə bilər.

Allahın bir insanın həyatında yaratdığı sürprizlər, ani enişlər, sürpriz yüksəlmələr, zəruri dəyişikliklər insanın çox sürətli irəliləməsinin əhəmiyyətli və təsirli yoludur. İnsan özünü nə qədər öyrətmək və inkişaf etdirmək istəsə də, öz-özünə həyatında belə gözlənilməz dəyişikliklər meydana gətirə bilməz. Amma bu cür şəraitlərdə yaranan təbii çətinlik insanı gücündən maksimum istifadə etməyə məcbur edər. Bu səbəbdən, həmin an üçün insanın nəfsinin xoşuna gəlməsə, ya da həqiqətən çox çətinlik çəksə belə, qarşısına çıxan bu hadisələr onun üçün böyük bir nemətə çevrilər.

İnsan daxildən və ya xaricdən təzyiqlə qarşılaşmadığı müddətcə çox çətin dəyişər. Bir insan belə bir dəyişiklik etməsi üçün çox ciddi iradə göstərməlidir. Ciddi şəkildə vicdanla və ağılla davranmalı, çox səbirli olmalıdır. Məhz Allahın imtahanın tələbi olaraq həyati dəyişikliklər insana bu mövzuda böyük asanlıq təmin edər. İnsanın şəxsiyyətində sürətli dəyişikliklərin və inkişafın yaşamasına vəsilə olar.