“Azad iradə yoxdur” dedikdə bəzi insanlar səhv başa düşür, o zaman biz necə məsul oluruq, deyirlər. İnsanlar öz ağlı ilə, öz imkanı ilə düşündüyünü zənn edir. Bütün düşüncəni yaradan Allahdır. Məsələn indi siz bu yazını oxuyursunuz, bunun hamısını Allah yaradır. Amma kimdən soruşsaq ki, siz bu yazını zorla oxuyursuz, kimsə sizə təzyiq edir? Deyəcəklər yox, mən azad iradəmlə edirəm, baxın bu ədalətin təməlidir.
Ona görə də, inadla cüzi iradəm var deyir, yaxşı sənin cüzi iradəni kim yaradır? Allah yaradır, o zaman yenə o, Allahın iradəsi daxilində, tale içərisində olmuş bitmiş hadisədir. Buna görə də, tək bir an olduğuna görə, cüzi iradə də, küllü iradə də Allahın Qatında olub bitmişdir, maraqlı olan da budur.
Tək bir an içində hər şey olub bitdiyinə görə hamısını Allah bilir və yaşanıb artıq. Yaxşı sənin o cüzi iradən nəyi etmiş olur yəni sən Allahdan müstəqil bir şey edirsən? Yox, tale içərisində onu etmiş olursan, yenə Allahın gücünün bir təcəllisi ilə qarşılaşırsan sən. Amma insanların başa düşməsi üçün buna cüzi iradə deyilir, külli iradə deyilir. Küllü iradə də, cüzi iradə də Allah qatında olub bitmişdir. Amma kimsə deyirsə ki, yox küllü iradə Allaha aiddir, cüzi iradə də mənə aiddir. Mənim etdiklərimi mən bilərəm, Allah bilməz, Allaha mən (haşa) sürpriz olaraq bunları edirəm deyirsə bu küfr olar.
“Allah göydədir” deyənlər də şirk edirlər. Allaha məkan aid edirlər. Və Allahı haşa çox kiçik bir məkan içərisinə sıxışdırmağa çalışırlar. Belə bir şey olmaz. Allah hər yerdədir. Şah damarınızdan daha yaxınam deyir Allah. Demək ki, Allah hər yerdədir.
Allah, hər yerə hakimdir. Hamısını hərəkət etdirən Odur. Hər yerdə olduğu üçün yəni güc tamamilə Onun idarəsində olduğu üçün hər şeyi O edir. Dolayısı ilə biz acizik, Allahın kölgə varlıqlar olaraq yaratdıqlarıyıq, özünü var zənn edən varlıqlarıq. Kölgə varlıqlarıq inşaAllah. Təcəlliyik biz. Yəni Allahın ruhundan üfürdüyü xəlifəsi olan varlıqlarıq inşaAllah.

