Orta əsrlərdən bəri inanılan “Spontan generasiya” adlı səhv bir nəzəriyyə, cansız maddələrin təsadüfən bir yerə gəlib, canlı bir varlıq meydana gətirə biləcəyini nəzərdə tuturdu. XVIII əsrə qədər, həşəratların yemək artıqlarından, siçanların da buğdadan meydana gəldiyi məşhur bir düşüncə idi. Darvinin “Növlərin Mənşəyi” adlı kitabını yazdığı XIX əsrdə isə, bakteriyaların cansız maddədən meydana gəldiyi inancı elm dünyasında qəbul görürdü.
Halbuki, Darvinin kitabının nəşr olunmasından beş il sonra, məşhur fransız bioloq Luis Pasteur, təkamülə əsas təşkil edən bu inancı qəti olaraq çürütdü. Pasteur etdiyi uzun iş və təcrübələr nəticəsində əldə etdiyi nəticəni belə yekunlaşdırmışdı:
“Cansız maddələrin həyat meydana gətirə bilməsi iddiası artıq qəti olaraq tarixə basdırılmışdır”.
Bu həqiqət, yer üzündə həyatın özbaşına yaranmadığını, ancaq möcüzəvi bir yaradılışla başladığını da bir daha göstərmiş oldu.
