Elə insanlar var ki, gördükləri hər gözəl şeyə həvəslənirlər. Bəyəndikləri bir şeylə qarşılaşdıqları zaman həyəcanla o mövzuda dərhal bir addım atırlar. Sonra isə davam edə bilmirlər. Xoşlarına gələn başqa bir mövzu ortaya çıxır. Bu dəfə də o istiqamətə yönəlirlər. Onda da bir-iki gün, bir neçə həftə və ya bir neçə ay bəzi yönlərdən cəhd edirlər, amma yenə qətiyyət göstərə bilmirlər.
Cəmiyyətdə bu cür həvəslənən, sonra həvəsini tez itirən insanlara çox rast gəlinir. Həyatın bir çox sahəsində ortaya çıxan bu cür duyğular insanların xarakterlərinin bir hissəsinə çevrilmişdir. Bir çox baxımdan zərərsiz kimi görünən bu xarakter insanların özlərini müsbət yöndən yetişdirib inkişaf etdirmələrinə mane olur.
Allah hər insanı vicdanı ilə birlikdə yaratmışdır. Hər bir insan ətrafında gözəl bir şey gördüyü zaman bunu anlayır. Allah insana gözəl olan hər şeyə qarşı qibtə və istək hissi vermişdir. Gözəl olan bir şeylə qarşılaşanda bu mövzuda lazımi cəhd göstərmək, qibtə edilən gözəlliyə çatana qədər iradə göstərmək çox vacibdir.
Məsələn, hər bir insanın ədalətli şəxsin əxlaqından xoşu gəlir. Bu insana qibtə edir və onun kimi olmaq istəyir. Lakin bu məqsədini həyata keçirəcəyi, lazım olan qətiyyəti və iradəni göstərəcəyi zaman eyni istək və qibtə içərisində olmaz. Bir hadisə zamanı asanlıqla qəzəblənib, qəzəbinə məğlub ola bilər. Sərt, incidici bir üslubla qarşı tərəfi narahat edən sözlər deyə bilər. Nəfsinə ağır gələn bir mövzu olduğu zaman doğru qərar verməyə bilər. Hadisələri bitərəf mövqe ilə dəyərləndirməz, bunun nəticəsində də, yalnız öz istəklərini düşünərək hərəkət edər.
Başqa sözlə, insanın hər hansı bir mövzuda həvəsli olması gözəldir, lakin kifayət deyil. İnsan lazımi nəticəni əldə etmək üçün o mövzunu çox istəməlidir. Bu istək də mütləq Allah rizası üçün olmalıdır.

