Həşəratların gözləri – Pətək göz quruluşu – Cırcırama

Həşəratların gözləri xüsusi yaradılmışdır. Bəzisində bir neçə ədəd, bəzisində isə minlərlə göz vardır. Məsələn cırcıramanın gözü 30 minə yaxın kiçik gözdən meydana gəlir. Pətək göz quruluşu adlanan bu göz növündə hər bir pətəyə verilən ad ommatidiumdur. Bir ommatidium 5-50 mikron yəni millimetrin mində 5-i ilə mində 50-i arasında böyüklüyə malikdir. Hər hissənin özünə aid bülluru və işığın düşdüyü yerdə 6-9 ədəd görmə hüceyrəsi vardır. Hər ommatidiumda 7 piksellik bir görüntü əldə edilir. Həşəratlarda pətək göz quruluşu Allahın sənətini bizlərə göstərir. Hər pətək, yəni ommatidium altıbucaqlı şəklindədir və qızıl nisbətə malikdir. Yaxından baxıldıqda olduqca estetikdir və Allah yaratmasındakı müxtəliflik və gözəlliyi bu nümunələrdə açıq şəkildə bizlərə göstərir.