Hesab günündə hər kəs tək başına sorğu-sual olunacaqdır. Hesab günü insana dünya həyatı boyunca etdiyi hər şey, heç bir şey əksiklik olmadan göstəriləcək. “… Bir xardal dənəsi ağırlığında olsa da, bir qayanın içində, yaxud göylərdə və ya yerin dibində olsa da, Allah onu aşkar edər. Həqiqətən, Allah Lətifdir, Xəbərdardır.” (Loğman surəsi, 16) ayəsində də bildirildiyi üzrə insanın etdiyi heç bir şey gizli qalmayacaq. Bir insan dünya həyatında etdiklərini unuda bilər, ancaq Allah heç unutmaz və hesab günündə insanın önünə gətirər. Hesab günündə hər kəsin əlinə əməl dəftərləri verilər. Eyni zamanda insanların yaxşılıqlarını və pisliklərini ölçən həssas tərəzilər də ortaya qoyulmuşdur və bu hesabda zərrə qədər belə kimsəyə bir haqsızlıq edilməz. Hesab əsnasında insanın eşitmə və görmə duyğuları və dəriləri əleyhinə şahidlik edəcək və dünya həyatında etdiklərinə şahid olanlar da şahid olaraq gətiriləcəklər. İnkarçılar çətin sorğu-sualdan sonra cəhənnəmə göndəriləcəklər. Möminlər üçün isə asan bir hesab olacaq və sorğu-sualdan sonra sevinc və qurtuluşun coşğusuyla cənnətə girəcəklər.
Hesab günü sorğu-sual necə olacaq?

