Quranda diqqət edilən davranışlardan biri, Hz. Əyyuba gələn bir vəhyi izah edən ayələrdə bildirilər:
Bəndəmiz Əyyubu da yad et! Bir zaman o: “Şeytan mənə zərər və əziyyət verdi!” – deyə Rəbbinə səslənmişdi. “Ayağını yerə vur! Bu, yuyunacaq və içiləcək sərin sudur”. (Sad surəsi, 41-42)
Hz. Əyyuba şeytanın verdiyi çətinlik və narahatlığa qarşılıq Allahın bildirdiyi tövsiyələrdən biri “ayağını yerə vurması”dır. Ayədə keçən bu ifadə hərəkət etməyin, idman etməyin faydalarına işarə edir.
“İdman əsnasında, xüsusilə ayaq əzələləri kimi uzun əzələlərin hərəkət etdirilməsi ilə qan dövranı sürətlənər, hüceyrələrə gedən oksigen miqdarında artım olar. Bunun nəticəsində insanın üzərindəki halsızlıq itər, zərərli maddələrin bədəndən atılması ilə də adam rahatlaşar.” (Prof. Dr. Fehmi Tuncel, “Elm Texnika” jurnalı, yanvar 1993).
“Eyni zamanda bədən mikroblara qarşı daha çox müqavimətli olar. Davamlı idman edən insanlar geniş və təmiz damarlara sahib olarlar. Bu da damarların tıxanmasının və ürək xəstəliklərinin qarşısını alar.” (Barbara A. Brehm, Your Health and Fitness, Fitness Management Magazine, 1990).
“Ayrıca həmişə idman edən, qan şəkərinin tarazlığını təmin edərək şəkər xəstəliyinin qarşısını almaqla mühüm rol oynayar. İdmanın qaraciyər üzərindəki müsbət təsiri, “yaxşı xolesterol” dediyimiz yaşamaq üçün lazım olan maddənin yəni (xolesterol) səviyyəsini yüksəldər.” (Kathleen Mullen, Some Benefits of Exercise, Medical Times, 1986).
Ayrıca ayaqların çılpaq yerə basılması, bədəndə yığılmış elektrikin boşaldılmasında çox təsirli bir üsuldur. Bu üsul bədən üçün bir növ torpağa basdırılma funksiyasını yerinə yetirər.
Bunun yanında ayədə diqqət edildiyi kimi yuyunmağın, bədəndəki halsızlığın atılmasında mühüm rolu olduğu bilinməkdədir. Yuyunmaqla birlikdə bədəndə yaranan fiziki təmizliyin yanında, insanın üzərindəki gərginlik vəçətinlik də azalar. Bu səbəbdən, yuyunmaq həm stress, həm də qızdırmalı xəstəliklər başda olmaqla, bir çox fiziki və psixoloji narahatlıq üzərində yaxşılaşdırıcı təsirə malikdir.
Ayədə, yuyunmağa əlavə olaraq bir də su içilməsi tövsiyə edilmişdir. Suyun bədənin hər orqanı üzərində meydana gətirdiyi faydalar bilmədiyimiz qədər çoxdur. Tər vəzləri, mədə, bağırsaqlar, böyrəklər və bunlar kimi bir çox orqanın sağlamlığı, suyun bədənə az miqdarda alınması ilə bağlıdır. Bu mövzuda meydana gələ biləcək narahatlığa qarşılıq olaraq yenə su ilə möhkəmlətmə mümkün olar. Yorğunluğun və yuxusuzluğun əlacı da yenə bədəndəki su miqdarının artırılması və zərərli maddələrdən təmizlənilməsi ilə reallaşar.
Hər biri bədən və ruh sağlamlığımız üçün həyati əhəmiyyət daşıyan bu tövsiyələrin bir yerdə tətbiq olunması isə ən ideal nəticəni verəcək. Bu tövsiyələrin hər biri Allahın “Biz Qurandan möminlər üçün şəfa və mərhəmət olan şeyləri endiririk…” (İsra Surəsi, 82) ayəsinin təcəllisidir.

