Hər zaman fədakar olmaq

Müsəlman olmağın tək yolu var; Quran əxlaqını tam mənimsəmək, Quran əxlaqı ilə hərəkət etmək

Müsəlman olmağın tək yolu var; Quran əxlaqını tam mənimsəmək, Quran əxlaqı ilə hərəkət etmək, çox səmimi olmaq, Allahdan çox qorxmaq, Allahı çox sevmək, Allaha aşiq olmaq. Səhər yuxudan qalxan kimi aşiq həyəcanı ilə qalxmaq lazımdır, ağılımıza ilk gələn Allah olacaq. Onun yaratdığı gözəllikləri, onun verdiyi canı, onun verdiyi nemətin gözəlliklərini görüb Allaha həmd edəcəyik, şükür edəcəyik. Allahdan qorxacağıq, çox gözəl əxlaqlı olacağıq, eqoist, xudbin olmayacağıq.

Fədakar olacağıq, gözəl əxlaq bahalıdır, insana baha başa gələr. Maddi itkilər gətirər, mənəvi itkilər də, məsələn insan həbsə də girə bilər, əzab da çəkə bilər, təhqirə məruz qala bilər, təzyiq görə bilər. Gözəl əxlaqı müdafiə edən bunlara səbir edəcək. Gözəl əxlaq insana həmişə maddi nemət gətirməz. Məsələn pulun varsa, kasıblara verərsən. Sən maddi zərər çəkmiş vəziyyətdə qala bilərsən amma kasıbları xilas edərsən. Məsələn yalan danışılacaq yerdə doğru deyərsən, lakin doğru dediyin üçün zərər çəkmiş olarsan.

Məsələn cinayət edilər, bunu görən insan qorxar, gedib şahidlik etmir, mərd və səmimi olan insan gedər şahidlik edər, qorxmaz, dürüstdür çünki. Amma məntiqi ilə hərəkət edən biri getsə, bunlar indi mənim başıma iş açarlar deyə bilər. Amma dürüst olan, səmimi olan insan, gözəl əxlaqlı olan insan onun əziyyətini də qəbul edər, yəni gözəl əxlaqlı insan əziyyəti də qəbul edən insandır eyni zamanda.