Allahın verdiyi nemətlərin sevincini yaşaya bilməyən inkarçılar səhər yuxudan oyandıqları andan etibarən hər gün eyni şeyləri etməyin yeknəsəqliyini və yoruculuğunu bir daha yaşayırlar. Yaşayacaqları günün bəlkə də Allahın onlara verdiyi son bir fürsət olmasının fərqində olmayan, bunu anlamayan digər bir qisim insanlar isə yalnız daha artıq pul qazanmaq, daha yaxşı yaşamaq, yalnız digər insanların diqqətini cəlb etmək və ya bəyənilmək arzusu ilə yeni günə həvəslə başlayır, tələsə-tələsə hazırlaşırlar.
Allahın Quranda bildirdiyi həqiqətləri qulaqardına vuran insanlar günə fərqli tərzdə başlaya bilərlər. Ancaq belələrinin davranışında ortaq bir ağılsızlıq var: Allahın onları yaratdığını, Ona qulluq etmək, Onun rizasını qazanmağa görə məsuliyyət daşıdıqlarını və qarşılarındakı günün bunun üçün yeni bir fürsət olduğunu düşünməmək. Allah onların bu halını (Qovulmuş şeytandan Allaha sığınıram) “İnsanların hesaba çəkiləcəkləri gün yaxınlaşdı! Onlar isə qəflət içində (haqdan) üz çevirirlər.” (Ənbiya surəsi, 1) ayəsi ilə xəbər verir.
