Hər şeyin yeganə həlli sevgi, Quran əxlaqıdır

Həqiqi sevgi Allah sevgisi ilə başlayar

Din əxlaqını yaşamayan insanların həqiqi mənada sevmələri və sevilmələri qeyri-mümkündür. Əsl sevginin qarşılıqlı olaraq yaşanması üçün o insan hər şeydən əvvəl Allahı dərin sevgi ilə sevməli və Allahın sevgisini qazana biləcəyi bir əxlaq göstərməlidir. Allah, sevdiyi qullarının ürəyinə bir sevgi verir və digər insanların ürəyində də onlara qarşı bir sevgi yaradır. Unudulmamalıdır ki, sevginin əsl qaynağı və əsl sahibi yalnız Allahdır. Sevgi kimi çox böyük və qiymətli bir neməti yaşaya bilmək üçün insan əvvəlcə əxlaqı ilə bu nemətə layiq olmalı və Allahdan özünə bu neməti verməsini istəməlidir. Pis əxlaqa sahib olan, ya da din əxlaqını yaşamayıb cahil həyata meyl edən bir insan dünyada da, axirətdə də buna görə bədbəxt ola bilər, tənha və dostsuz qala bilər.

Sevginin Allah Qatından verilən bir nemət olduğunu Allah Quranın bir çox ayəsində bildirmişdir:

“Biz həm də ona öz dərgahımızıdan bir mərhəmət və paklıq bəxş etdik. O, müttəqi idi”. (Məryəm surəsi, 13)

“Həqiqətən, iman gətirib yaxşı işlər görənlər üçün Rəhman bir sevgi yaradacaq”. (Məryəm surəsi, 96)

“Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə, öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir. Şübhəsiz ki, bunda bilənlər üçün nişanələr vardır! (Rum surəsi, 21)