Hər şeyi yaradan Allah möminləri hər cür çətinlikdən qurtarandır

Hər şeyi yaradan Allah möminləri hər cür çətinlikdən xilas edəndir

Yəni böhtanlardan, təhqirlərdən, təzyiqlərdən, şiddətdən xilas edərik. Möminsinizsə mütləq xilas edəcəyəm, amma səbir etməlisiniz deyir Allah. Hər cür çətinlik, ağrı-acı, bəla Allahdan gəlir. Allahın yaratmasıdır.
“O, Bağışlayandır, Rəhmlidir”. Allah həm qoruyaram, həm də günahlarınız varsa bağışlayaram buyurur.
“…Allah Öz hökmünü verənə qədər səbir et”. Əsla təlaşlanma. Səbr et, gözlə. Yəni xəstəlikdə də, bəlada da, dərddə də, iftirada da, çirkin oyunlarda da, hiylələrdə də səbr et.
“O, hökmranların ən yaxşısıdır”. Yəni ən xeyirli hökm verən Allahdır. Allaha güvənin.