Hər şeyi edim sonra tövbə edərəm

“Necə Olsa Tövbə Etdiyimdə Allah Məni Bağışlayacağına Görə, Hər Şeyi Edim Sonra Da Tövbə Edərəm” Demək Doğru Bir Düşüncə Ola Bilərmi?

Bu, bir çox insanın yalnışa düşdüyü son dərəcə səmimiyyətsiz bir düşüncədir. Allah bütün qəlbləri, qəlblərdəki gizlinin gizlisini bilir. Allah ancaq etdiyindən səmimi olaraq peşmanlıq duyan və rəftarını qəti olaraq düzəldən insanın tövbəsini qəbul edəcəyini bildirmişdir. “Necə olsa Allah məni bağışlayar” deyərək günaha girənlər, axirətdə hər etdiklərindən ötrü sorğulanacaqlar və bir qarşılıq görəcəklər.

“Yoxsa günah işlər görməyə davam edib və nəhayət ölümü çatdığı zaman: “Mən indi tövbə etdim”, – deyən kimsələrin və inkar edən olaraq ölənlərin tövbəsi qəbul olunmaz. Onlar üçün şiddətli bir əzab hazırlamışıq.” (Nisa surəsi, 18)