Hər şeyi Allahın yaratdığını həmişə düşünürəm?

Təyin olunmuş vaxtda bir nəfərlə ilə görüşməlisiniz, amma o vaxtında gəlib çıxmaz

Təyin olunmuş vaxtda bir nəfərlə ilə görüşməlisiniz, amma o vaxtında gəlib çıxmaz. Çox uğurlu bir işi başa çatdırdığınız halda lazımınca dəyərləndirilməyə bilərsiniz. Çox çalışaraq qarşınızdakı insana gözəlliklər təqdim edərsiniz, o, bunu heç fərq etməz. Xoş niyyətlə bir söz söyləyərsiniz, amma qarşınızdakı bunu səhv başa düşər. Saatlarla bir yeri təmizləyib çox mükəmməl hala gətirərsiniz, biri gəlib oranı çirkləndirər. Yuxunuz gələr, amma biri gəlib düşüncəsizcə səs-küy salar. Çox vacib vəziyyətdə olduğunuzda birindən kömək istəyərsiniz, ancaq o, sizi unudar. Vacib bir şeyi əmanət edərsiniz, qarşınızdakı bunu itirər. İllərcə universitetə hazırlaşarsınız, son gün həmin saatda xəstələnib imtahana girə bilməzsiniz. Yeni paltar alıb geyinərsiniz, biri sizin üstünüzə bir şeylər tökər. Alış-verişə çıxıb yaxşı ərzaq almağa niyyətlənərsiniz, evə gəldiyinizdə aldadıldığınızı görərsiniz. Çantanıza çoxlu pul qoyarsınız, biri gəlib pul qabınızı oğurlayar. Yola çıxarsınız, bacarıqsız bir sürücü gəlib sizi vurar, ya da bir yerə tələsərsiniz, amma nəqliyyatın sıx olduğuna görə gedəcəyiniz yerə saatlarla çata bilməzsiniz. Bir yaxınınız ani olaraq xəstələnər, amma təcili yardım saatlarla gələ bilmədiyi üçün xilas olmayıb vəfat edər. Müəyyən xəstəlik səbəbindən müalicə olunmaq üçün xəstəxanaya yatarsınız, səhlənkarlıq səbəbi ilə başqa bir mikrob qapıb yeni xəstəliyə düçar olarsınız…

Beləliklə, bütün bu yaşadıqlarınızın hər birinə görə zərər çəkdiyinizi düşünürsünüz və bütün bunların da günahkarını qarşınızdakı insanın olduğunu zənn edirsiniz. Hirslənər və bu duyğularınızı onlara yönəldirsiniz.

Belə vəziyyətlərdə insanlar ya üzlərinə, ya da arxalarından bu insanlara əsəbiləşib deyinərlər. Sanki, o insan həmin səhvi etməsəydi, yaxud diqqətsizlik etməsəydi, hər şey tamamilə onun istədiyi kimi həyata keçərdi.

Ancaq belə düşünmək o qədər böyük bir səhvdir ki, insan bu həqiqəti dərk etsə, həyata baxışı tamamilə dəyişər…

I …Dünyada Allahdan başqa bir toz zərrəsini belə hərəkət etdirə biləcək başqa güc yoxdur. Dünyada olub bitən hər şey Allahın istəməsi ilə baş verməkdədir. Əgər bir insanın həyatı boyunca yaşadıqlarını bir video kaseti kimi götürsək, bu videonu hər seyr etdiyinizdə mütləq eyni görüntülərlə qarşılaşacaqsınız. İnsan həyatının bundan heç bir fərqi yoxdur. Hətta bu film yüzlərlə il saxlansa, yüzlərcə il sonra təkrar yenidən seyr edilsə, eyni filmlə qarşılaşacaqsınız. İnsanın ömrü boyu başına gələn hər bir hadisə də bunun kimi qətiyyən dəyişməz və sabitdir. Əgər bir insanın gedəcəyi yerə gec çatması lazımdırsa, mütləq gec çatacaq. Bunun səbəbi nəqliyyat, xəstəlik, unutqanlıq ola bilər. Nəticə isə qətiyyən dəyişməz.

Bu səbəbdən insanın gün ərzində qarşılaşdığı hadisələrə münasibəti çox fərqli olmalıdır. Məsələn, əgər portmanatı oğurlanıbsa, demək ki, o insanın həmin pula sahib olmaması lazımdır və Allah bunun üçün belə bir səbəb yaratmışdır. Əgər universitet imtahanından keçə bilmirsə, demək ki, Allah o il üçün o insana universitetə girməməsini, başqa bir şeylə məşğul olmasını diləmişdir. Və yaxud, əgər qarşı tərəf gecikdiyi üçün planlaşdırılmış görüş həyata keçmirsə, Allah bu görüşün baş tutmasını istəmədiyi üçün belə olmuşdur. Allah istəməsə, heç kim gecikməz, heç kim unutmaz, heç kim səhlənkar olmaz, heç kim bir şeyi səhv anlamaz, heç kim verilən əmanəti itirməz, heç kim nəqliyyatda tıxaca düşməz, heç kim pis maşın sürməz… Bu məsələdə bir şeyi yaxşı-yaxşı bilmək lazımdır: “İnsanın başına gələn hər bir şeyi yaradan Allahdır”“Allah baş verməli olan hər bir hadisə üçün mütləq bir səbəb yaratmışdır.” Ancaq bu səbəb öz-özünə baş verməz. Heç bunu edə biləcək gücü yoxdur.

Btün bunlar dünya həyatının imtahan yeri olmasından irəli gəlir. Allah insanları sınamaq, onların xoşlarına gələn və gəlməyən müəyyən hadisələr yaradır və bunlar qarşısında necə əxlaq göstərəcəklərini sınayır. Allahın yaratdığı bütün hadisələrdə bizim heç bilmədiyimiz sirlər, hikmətlər, nemətlər və müxtəlif sınaqlar gizlidir.