Hər şeydə Allaha pozitiv sevgi təqdim etmək, hər şeyə müsbət baxmaq lazımdır

Sevgisizliyin yaşandığı cəmiyyətlərdə üz-üzə gəlməkdən və bir-birlərinə salam verməkdən qaçan

Sevgisizliyin yaşandığı cəmiyyətlərdə üz-üzə gəlməkdən və bir-birlərinə salam verməkdən qaçan, “Mənə toxunmayan ilan min il yaşasın” məntiqi ilə hərəkət etdikləri üçün ehtiyac içində olana əsla kömək etməyən, öz ehtiyaclarını və mənfəətlərini daim ön planda tutan; xudbin, xoş söhbətdən uzaq, donuq, robotlaşmış və sevgidəki kimi hörmətdən də məhrum nəsillər yetişir. İçində olduğumuz axırzamanda sürətlə artan degenerasiyanın əsl qaynağı da cəmiyyətlərdə yaşanan bu sevgi azlığıdır.

Dünyada insanlar arasında həqiqi bir dostluq və ittifaq yarada bilən yeganə güc ancaq imandır. Hesab günündən qorxan möminlər dostluqlarıyla dünyada başlayıb axirətdə də sonsuza qədər davam edəcək möhkəm bir ittifaqın təməllərini atmış olurlar. Bir-birlərini heç bir çıxar, ya da mənfəət güdmədən, saf niyyətlə və yalnız Allah rizası üçün sevər, Allah rizası üçün dost olarlar. Təməli Allah sevgisinə və Allah qorxusuna söykənən bu bağ Allahın diləməsi xaricində heç bir şəkildə qırılmaz.

Kainatdakı bütün gözəllikləri yaradan, gözəlliyin və mükəmməlliyin əsas sahibi olan Allahdır. İnsana zövq verən hər detal Allahın üstün gözəlliyinin, yaratdığı varlıqlardakı təcəllisidir. Ruhun bu gözəlliklərdən həyəcan duyması və davamlı gözəl olanı axtarmasını təmin edən isə Rəbbimizin insanı yaradarkən onun ruhuna ilham etdiyi sevgi həssaslığıdır. Digər insanlardakı təqdir ediləcək mömin xüsusiyyətlərini görmək və bunlara daha gözəliylə cavab vermək kimi insanı digər canlılardan ayıran bir çox üstün əxlaqi xüsusiyyət sevməyə və sevilməyə olan bu həssaslıqla şəkillənir.

İnsanın ruhundakı bu sevmə və sevilmə meyli bəzi insanlarda başqalarına görə daha güclüdür. İnsanların bir hissəsi varlıqlardakı sevilməyə layiq xüsusiyyətləri detallı olaraq tanıya bilirlər və bu xüsusiyyətlər onların ruhuna dərin bir zövq verir. Sevgi, şəfqət və coşğu meydana gətirən yönləri görə bilməyən, ya da bunlara laqeyd yanaşanlar isə daha donuq və qatı bir ruh halındadırlar. Başqa sözlə, insandakı sevgi həssaslığı insanın ruh halı və yaşadığı əxlaqla düz mütənasibdir. Dolayısı ilə sevgini qəbul etmə və yaşama şəkli insanın səmimi olaraq iman etməsinə və imanın gətirdiyi bir nemət olan həqiqi mənada yaxşı, şəfqətli və mərhəmətli, ağıllı və etibarlılığına bağlıdır.