O Saat haqqında bilgi yalnız Ona məxsusdur.Onun xəbəri olmadan heç bir meyvə toxumundan cücərib çıxmaz, heç bir dişi hamilə olmaz və daşıdığı yükü (bətnindəkini) yerə qoymaz. (Fussilət Surəsi, 47)
Hər bir kəs ancaq Allahın izni ilə, əzəldən müəyyən edilmiş bir vaxtda ölür.Kim dünya mükafatını istəsə, ona bundan verərik.Kim də axirət mükafatını istəsə, ona da ondan verərik.Biz şükür edənləri mütləq mükafatlandıracağıq. (Al-i İmran Surəsi, 145)
Allah Quranda duanın necə ediləcəyini bizlərə izah edir. Şeytandan Allaha sığınıram; Müzəmmil surəsi, 8-ci ayə; “Rəbbinin adını zikr et və hər şeydən özünü çəkərək yalnız Ona yönəl”. Bax, “Allahın adını zikr et. Hər şeydən özünü çəkərək yalnız Ona yönəl”. Deməli, başının evlənməyə, işinə-gücünə qarışması, bu mövzuları bütləşdirmək, tək hədəf halına gətirmək, belə mövzuları dindən üstün tutmaq olmayacaq. Hər şeydən özünü çəkərək, yalnız Allaha yönələcəyik. Duanın hər yerdə və hər şəkildə olması lazımdır. “Allahı ayaqdaykən, oturarkən”, məsələn ayaqda gedirik; içimizdən dua edərik. Yolda gedərkən dua edəcəyik. “Oturarkən”, məsələn, indi otururuq, söhbət edirik, içimizdən dua edəcəyik. “Yan yatarkən”, məsələn, yatağa yatdıq, yan yatdıq belə; Allahı zikr edəcəyik, dua edəcəyik. “
Allaha Qurandakı adlarıyla dua etmək lazımdır. “Hz. Musa kölgəyə çəkilərək dedi ki: Rəbbim, doğrusu, mənə endirdiyin hər xeyirə möhtacam”, Allahdan hər cür xeyiri istəyəcəyik. Xeyir diləyəcəyik və xeyir istəyəcəyik. “Rəbbimiz, şübhəsiz, Sən bizim gizli tutduqlarımızı da, aşkar etdiklərimizi də bilərsən”. Məsələn, biz gizli olan bir şeyi də, açıqda olan bir şeyi də Allahın bildiyini bilirik. “Yerdə və göydə heç bir şey Allahdan gizli qalmaz”. Məsələn, biri bir şey edir, insanlar görmədiyində içi rahatlayır, halbuki mütləq Allah görər və bilər. “Rəbbinin adını zikr et və hər şeydən özünü çəkərək yalnız Ona yönəl”, “hər şeydən özünü çəkərək yalnız Ona yönəl”, bəli, bunu bayaq oxumuşdum. “Hz. Süleyman: Rəbbim məni bağışla”, məsələn, duadan əvvəl Allahdan bağışlanma diləmək çox əhəmiyyətlidir. Allahın bağışlamasını istəmək. “Və məndən sonra heç kimə nəsib olmayan bir mülkü mənə hədiyyə et. Şübhəsiz, Sən qarşılıqsız hədiyyə edənsən”. İnsanlar həmişə qarşılıq istəyərlər, Allah elə deyil; bütün mülkə sahib olduğu üçün daima insanlara nemət verir.

