İnsan yatdığı müddətdə şüurunu və ətraf aləmi dərk etmək qabiliyyətini qismən itirir. Quranda ölümə oxşadılan yuxudan şüurlu və bir gün əvvəlki halına qovuşmuş şəkildə oyanmaq, qüsursuz formada görmək, eşitmək və hiss etmək haqqında dərindən düşünülməli möcüzəvi hallardır. Gecə yatan insan bu bənzərsiz nemətlərin səhər yenidən ona veriləcəyinə əmin ola bilməz. Bundan başqa, insan hər hansı bir fəlakətlə qarşılaşmadan və ya səhhəti ilə bağlı problemi olmadan oyanacağına da əsla əmin ola bilməz.
Günə təzə başlayan mömin bu həqiqətləri düşünür, Allahın onun üzərindəki geniş rəhməti və qoruması üçün Allaha şükür edir, yeni günü Allahın razılığını və Cənnəti qazanmaq üçün Allahın ona verdiyi bir fürsət kimi qiymətləndirir.
