Hər saniyəmiz Allahın verdiyi fürsətdir

İnsanın nəfsi təxirə salmağa meyllidir

İnsanın nəfsi təxirə salmağa meyllidir. İnsanların böyük əksəriyyəti həmişə nəyi isə təxirə salırlar. Allah üçün yaşamağı, səmimi olmağı, Allahın istədiyi kimi həyat sürməyi, Quran oxumağı, namaz qılmağı, dürüst və fədakar olmağı, səhvlərini düzəltməyi, səmimi qəlbdən tövbə etməyi, Allaha dua etməyi, Allahın sevgisini qazanmaq üçün yaşamağı, səmimi dostlar əldə etməyi, Allahın rizası və cənnəti üçün çalışmağı, Allahın yaratdıqlarını dərindən düşünməyi, əxlaqını gözəlləşdirməyi daim təxirə salırlar. Bunları etmək üçün təyin etdikləri zaman isə “gələcəkdə bir gün”dür. Bu “gələcəkdə bir günün” zamanı isə müəyyən deyil. Böyük bir əksəriyyət bu zaman gəlmədən əvvəl ölüb bütün təxirə saldıqları ilə birlikdə axirətə gedirlər. Həyatı boyunca çox şey etmiş kimi görünsələr də, bu insanlar Allahın rizasını və sonsuz axirət həyatını qazanmaları üçün lazım olanları etmədən ölürlər. “Yaşım bir az daha keçsin, namaza başlayaram”, “Yaxında Quran oxumağa başlayacağam”, “gələcəkdə bütün etdiklərimi kompensasiya edərəm” “məktəbim də bitsin, dərhal namaz qılmağa başlayacağam” “bir az yetkinləşim, dərin-dərin düşünərəm” “təhsilimi tamamlayım, ehtiyacı olanlara sonra kömək edərəm” “yaxşı bir karyera yaradım, zülmə uğrayan Müsəlmanları o zaman düşünərəm” deyən bir çox adam Allah bunları edə biləcək güc və imkan verdiyi zaman etmirlər. Allah bu adamın cananı birdən və heç gözləmədiyi bir anda alıb, onu ölüm mələkləri ilə qarşılaşdıra bilər.

Allahdan qorxan səmimi bir Müsəlmanın yaşadığı hər saniyənin, aldığı hər nəfəsin Allahdan ona verilmiş böyük bir fürsət olduğunun şüuru ilə hərəkət etməsi lazımdır. Gözəl və xeyirli işləri təxirə salacaq zamanının olmadığını, Allahın bir sonrakı anı diləsə yaratmayacağını bilməsi və bütün həyatını bu əhəmiyyətli həqiqətə görə yaşaması lazımdır…

I …Hər şeyin sahibi sonsuz güc sahibi olan Rəbbimiz Allah bir sonrakı saniyəni bizə bəxş edərək çox böyük bir lütf edir.

Çünki:

 Yaşadığımız hər an Allahı daha çox sevib, Allahdan daha çox qorxa bilərik

 Yaşadığımız hər an Allahın razılığını qazanmaq üçün daha çox səy göstərə bilərik

 Yaşadığımız hər an Allaha daha dərin dua edə bilərik

 Yaşadığımız hər an Allahdan daha çox bağışlanma diləyə bilərik

 Yaşadığımız hər an bir əvvəlki andan daha səmimi ola bilərik

 Yaşadığımız hər an daha dərin imanlı, daha təqva bir insan ola bilərik

 Yaşadığımız hər an vicdanımızı daha çox istifadə edə bilərik

 Yaşadığımız hər an ağılımızı və gözəl əxlaqımızı daha çox inkişaf etdirə bilərik

 Yaşadığımız hər an Quran əxlaqını izah etmək və yayılmasını təmin etmək üçün daha çox səy göstərə bilərik

 Yaşadığımız hər an şəxsiyyətimizi daha yetkinləşdirə bilərik

 Yaşadığımız hər an sevgini daha dərin yaşaya bilərik

 Yaşadığımız hər an daha dərin düşünə bilərik

 Yaşadığımız hər an səhv və nöqsanlarımızı aradan qaldırmaq üçün səy edə bilərik

Unudulmamayacaq çox əhəmiyyətli bir həqiqət də vardır ki, yaşadığımız hər an bizi dünyadakı son nəfəsimizə, bütün fürsətlərin artıq sona çatdığı o ana, ölüm mələkləri ilə qarşılaşacağımız, canımızın alınıb bizi yaradan sonsuz güc sahibi Uca Yaradanımız Allaha qovuşacağımız və əbədi axirət həyatımızın başlayacağı ölüm anımıza bir az daha yaxınlaşdırır.