Hər qarşılaşılan hadisədə həm vicdan, həm də maraqların, ehtirasların, pisliklərin qaynağı olan şeytan dövrəyə girər

Vicdanın dünyada davam edən imtahan içərisindəki əhəmiyyəti burada qarşımıza çıxır

Vicdanın dünyada davam edən imtahan içərisindəki əhəmiyyəti burada qarşımıza çıxır. Hər qarşılaşılan hadisədə həm vicdan, həm də maraqların, ehtirasların, pisliklərin qaynağı olan şeytan dövrəyə girər. Hər ikisi də insanı öz yoluna çağırır. Bu iki səsi ayırd edə bilənlər və vicdanlarına tabe olanlar, Allahın razılığını qazanarlar.

Bu məqamda bilinməli çox zəruri nöqtə daha var: Şeytan ölənə qədər, hətta bütün insanları cəhənnəmə aparana qədər onlardan əl çəkməyəcək. Əvvəlcə bunu qəti olaraq unutmamaq lazımdır. Amma bunu da unutmamaq lazımdır ki, vicdanı da insanı ölənə qədər buraxmayacaq və axirətdə cənnətə girə bilməsi üçün lazımlı olan hər davranışı ona söyləyəcək.