Ayəyə görə hər kəsə təbliğ etmək lazımdır. Ən aşağıdan ən yuxarıdakı insana qədər (vəzifə olaraq). “Ey Rəbbim, qəlbimi genişlət!” İlk istədiyi odur; həyəcanlı, ürəyində tez-tez döyüntü olur, təzyiqi də qalxır, narahat olur, onun üçün; “qəlbimi genişlət” deyir. “Mənim işimi asanlaşdır. Dilimdən düyünü aç.” Həyəcandan danışa bilmir, dili dolaşır. “Ki söyləyəcəklərimi qavrasınlar.” “Ailəmdən mənə bir köməkçi ver, qardaşım Harunu.” (Allah) Dedi ki: “Ey Musa istədiyin sənə verilmişdir. And olsun, Biz sənə bir daha lütf etmişdik”
“Onu sandığın içinə qoy.” Bu ayədə sandıq keçir. Sonradan qızıl örtülüb, müqəddəs sandıq (tabutu səkinə, əhd sandığı) halına gəlir, inşaAllah. “Suya burax, beləcə su onu sahilə buraxsın.” “Sahilə”, burada bir şifrə var. “Suya burax, beləcə su onu sahilə aparsın.” Dəniz kənarında bir şey var. “Onu Mənim də düşmənim, onun da düşməni olan biri götürəcək.” Həm Musaya (ə.s), həm də Mehdiyə (ə.s) işarə edən bir ayədir. Deməli, Mehdi (ə.s) də dənizin kənarında mübarizə aparacaq. “Gözümün qarşısında yetişdirilməyin üçün, Özümdən sənə bir sevgi yönəltdim.” “Sevməyi Mən yaradıram” Allah deyir. Məsələn, əvvəl Mehdidən (ə.s) insanlar çox qorxub çəkinəcəklər. Amma sonra da Allah sevgini meydana gətirir. “Sevgini yönəltdim” deyir.
Taha surəsi, 45; “Dedilər ki: “Rəbbimiz, həqiqətən, onun bizə qarşı davranışından, ya da “azğın davranmasından” qorxuruq.” Yəni küfr və dəlalət Allahdan qorxmadıqları hər zaman azğındır, anormal olurlar. Dedi ki: Allah “Qorxmayın, çünki Mən sizinlə birlikdəyəm; eşidirəm və görürəm.” Allah hər an bizi eşidir və görür. İnsanlar bunu tez-tez unudarlar. Allah da bunu Quranda tez-tez xatırladır. Xurafatçılar elə bilir ki, (haşa) insan namaz qılanda və ya məscidə girəndə Allah onu görür, halbuki Allah hər an (saniyə) hər kəsi görür və eşidir. Namaz qılarkən və məscidə gedərlər başlarını bağlamaları da ayrı xurafatdır.

