Hər işdə xeyir var

Möminlərin təvəkküldə qətiyyətli olmalarının sirri Allahın hər işi xeyirlə yaratmasını

Möminlərin təvəkküldə qətiyyətli olmalarının sirri Allahın hər işi xeyirlə yaratmasını bildirməsidir. Allah Quranda şər kimi görünən hadisələrdə belə xeyir olduğunu insanlara xəbər verir:

…Ola bilsin ki, sizin xoşlanmadığınız bir şeydə Allah (sizin üçün) çoxlu xeyir nəzərdə tutmuşdur. (Nisa surəsi, 19)

…Bəlkə də xoşlanmadığınız bir şey sizin üçün xeyirli, xoşlandığınız bir şey isə sizin üçün zərərlidir. Allah bilir, ancaq siz bilməzsiniz. (Bəqərə surəsi, 216)

Möminlər bu sirri bildikləri üçün rastlaşdıqları hər şeyin xeyirli və yaxşı cəhətlərini axtararlar. Maneə, çətinlik və çatışmazlıq kimi görünən heç bir hadisə onları nə kədərləndirər, nə də ki həyəcanlandırar. Bu vəziyyət isə heç bir zaman dəyişməz, böyük-kiçik hər hadisəyə qarşı davamlı eyni olar. Səmimi müsəlmanın illər boyunca çalışaraq qazandığı bütün var-dövləti əlindən çıxsa belə, bunda xeyir və hikmət axtarar.

Məsələn, Allahın onu həyatını xilas etməsini, onu pis şeylərdən, harama girməkdən, pula hərislik edib haqq yoldan uzaqlaşmaqdan qoruduğunu düşünər və şükür edər. Çünki insan dünya həyatında nə itirirsə-itirsin, bu itki axirətdəki ilə eyni olmaz. Axirətdəki itki insanın sonsuzluğa qədər dözülməz əzab içində qalması deməkdir. Axirəti düşünərək yaşayan insan üçün dünya həyatındakı hər hadisə axirət üçün xeyir və gözəllikdir. Belə bir insan başına bir hadisə gəldikdə acizliyini və möhtaclığını daha yaxşı anlayar, Allaha dua və təfəkkürlə daha çox yaxınlaşar. Bu da insanın axirəti üçün çox əhəmiyyətlidir. Bundan başqa, belə bir hadisəyə təvəkküllü davranıb səbir göstərərək Allahın razılığını qazanmış olar. Allahın razılığı isə hər şeydən üstündür.

İnsan sadəcə böyük və önəmli işlərdən deyil, gündəlik həyatının hər anında reallaşan hadisələrdə xeyir axtarmalıdır. Məsələn, diqqətlə hazırladığı yeməyi yandıran birisi üçün bu hadisə xəbərdarlıq deməkdir və gələcəkdə baş verəcək böyük bir qəzadan bu xəbərdarlıq sayəsində xilas olmuş olacaq. Bir gənc çox istədiyi və çox çalışdığı universitetə qəbul olmaya bilər.

Bunda da xeyir olduğunu bilməli, bəlkə də Allahın onu həmin universitetdəki bəzi təhlükələrdən, yaşayışına mənfi təsir göstərəcək şəxslərdən və ya mühitlərdən qorunduğunu düşünməli, bu nəticəyə sevinə bilməlidir. Allahın hər hadisədə onun bilmədiyi, hətta xəyalına belə gətirmədiyi, daha çox xeyir yaratmış ola biləcəyini düşünərək Allaha təslim olmağın sevincini yaşamalıdır.

Hər işin xeyirlə yaradıldığını bilən insanlar “kaş ki”, “heyf” kimi ifadələrdən də istifadə etməzlər. Xətaların, çatışmazlıqların, unutqanlıqların, tərs kimi görünən hadisələrin hamısında böyük xeyirlər vardır və hamısı insan üçün tərbiyələndirici xüsusiyyət daşıyır. Allah hər kəs üçün ayrı-ayrı yaratdığı taledə insanlara çox önəmli dərslər və xatırlatmalar göstərir. Bunları ağıl və hikmətlə dəyərləndirən insanlar üçün çatışmazlıqlar, unutqanlıqlar, tərsliklər deyil, Allah Qatında tərbiyə, xəbərdarlıq və hikmətlər vardır. Məsələn, mağazası yanan müsəlman həmin an vicdanı ilə nəfsi sorğu-sualı aparar və bəlkə də Allahın onun dünya malına və hərisliyinə qarşı xəbərdarlıq etdiyini və yoxladığını düşünərək daha da əliaçıq və səmimi olar.

İnsan dünyada hansı hadisə ilə qarşılaşsa da, o hadisə keçib gedər. Hər insan həyatındakı ən çətin və ya təhlükəli günü düşünsə, bunun yaddaşında xatirə olaraq qaldığını və olub-bitmiş bir xəyal olduğunu görəcəkdir.

İnsanlar izlədikləri film səhnələrini də eyni şəkildə xatırlayırlar. Beləliklə, insan üçün hətta ən önəmli və ya ən “sarsıdıcı” gün belə bir zaman baxılmış film, xatirə, xəyal kimi yaddaşda qalacaqdır. Ancaq bu xatirədən geriyə yalnız bir şey qalır və o sonsuzluğa qədər davam edir. O da bu şəxsin o çətin anda göstərdiyi davranış və Allahın ondan razı qalıb-qalmamasıdır. İnsan yaşadıqlarından deyil, yaşadıqları hadisədə göstərdiyi davranış, düşüncə və səmimiyyətindən məsul olacaqdır. Beləliklə, hər hadisədə Allahın yaratdığı xeyir və hikməti görməyə çalışmaq və ona uyğun davranmaq möminlərə dünyada və axirətdə böyük qazanc gətirər. Bu sirri bilən möminlər üçün dünyada və axirətdə qorxu və kədər olmaz.

Heç bir insan, heç bir güc və heç bir hadisə möminlərə qorxu, bədbəxtlik və ümidsizlik kimi mənfi hallar gətirməz. Allah bu sirri də Quranda belə bildirir:

Biz dedik: “Hamınız oradan (cənnətdən) enin! Sizə Mənim tərəfimdən bir hidayət rəhbəri gəldikdən sonra kim ona tabe olarsa, onlar üçün heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər”. (Bəqərə surəsi, 38)

Bilin ki, Allahın dostlarına heç bir qorxu yoxdur və onlar (axirətdə) qəm-qüssə görməyəcəklər. Onlar iman gətirib (pis əməllərdən) çəkinən kimsələrdir. Dünyada da, axirətdə də onlar üçün müjdə vardır. Allahın sözlərində əsla dəyişiklik olmaz. Əsil böyük uğur budur! (Yunis surəsi, 62-64)