Allahın varlığını dərk edə biləcək bir şüur səviyyəsinə çatdığı andan etibarən hər bir insan Allahın əmrlərini yerinə yetirməklə məsuldur. Nə kasıb olması, nə əlil olması, nə xəstə olması, nə çox varlı və ya çox məşhur olması, nə də yüksək vəzifə sahibi olması insanın din əxlaqını yaşamasına maneə deyildir. Çünki bunların heç biri insanların Allaha qulluq etmək üçün yaradıldıqları həqiqətini dəyişdirmir. Quranda yalnız fiziki cəhətdən üzrlü olan insanların dinin bəzi hökmlərindən məsul tutulmadığı bildirilmişdir. Bunun xaricində isə hər bir insan Allaha qulluq etməyə və Onun nazil etdiyi dinin hökmlərini yerinə yetirməyə borcludur. Allah Quranın insanlar üçün vacib buyurulduğunu ayələrində belə bildirmişdir:
Şübhəsiz ki, o (Quran) həm sənin üçün, həm də qövmün üçün öyüd- nəsihətdir. Siz bundan sorğu-sual olunacaqsınız. (Zuxruf surəsi, 44) işlətmək doğrudurmu?

