davranış deyil?
Allahın hər bir varlığın və hər bir hadisənin Yaradıcısı olduğunu bilən, Onu tanıyıb qüdrətini layiqincə təqdir edən bir insan heç bir mövzuda ümidsizliyə düşməz. Çünki Allah hər cür çətinliyi aradan qaldıran, bağışlayan, mərhəmət edən, sonsuz qüdrət və elm sahibi olandır. Gündəlik həyatın axarında baş verən və zahirən problem kimi görünən hadisələr, qəfil ortaya çıxan çətinliklər, xəstəliklər, qəzalar, edilən səhvlər — bir sözlə, insanların ümidsizliyə səbəb kimi gördükləri hər şey əslində tamamilə Allahın nəzarəti altında baş verir. Allah hər şeydən xəbərdardır, hər şeyi biləndir. Sonsuz hikmət sahibi olan Allahın taleyi müəyyən etdiyini bilmək insan üçün ən böyük rahatlıqdır. Bu şüura sahib olan insan isə heç vaxt ümidsizliyə qapılmaz.
Həmçinin, mömin dünyada etdiyi hər bir səhvini düzəltməyin mümkün olduğunu bilir və buna görə də ümidsizliyə düşmür. Necə ki, Quranda insanlara Allahın rəhmətindən ümid kəsməmələri əmr edilmişdir:
“… Allahın mərhəmətindən ümidinizi kəsməyin! Şübhəsiz ki, inkar edənlərdən başqası Allahın mərhəmətindən ümidini kəsməz”. (Yusif surəsi, 87)
De: “Ey özlərinə qarşı həddi aşan bəndələrim, Allahın mərhəmətindən ümidinizi kəsməyin! Şübhəsiz, Allah bütün günahları bağışlayar. Həqiqətən, O, bağışlayandır, rəhmlidir. (Zumər surəsi, 53)

