Yaşadığımız andan etibarən bir saniyə və ya bir saat sonrasına qədər də daxil olmaqla, gələcəyə dair məlumatı yalnız qeyb məlumatının yeganə sahibi olan Allah bilir. Buna görə də insanların gələcəklə bağlı qəti məlumat verməsi mümkün deyildir.
Lakin Allah Quranda elçilərindən istədiyinə gələcək haqqında məlumat verə biləcəyini bildirir:
O, qeybi Biləndir və Öz qeybini heç kəsə açmaz; razı qaldığı elçidən başqa. Həqiqətən, Allah onların önündə və arxasında gözətçilər qoyur. (Cin surəsi, 26-27)

