Hər hadisədə bir xeyir vardır

Allah hər işi xeyirlə yaradır

Möminlərin təvəkküldə qətiyyət göstərmələrinin sirlərindən biri Allahın hər işi xeyirlə yaratmasını bildirməsidir. Allah Quranda şər kimi görünən hadisələrdə belə xeyir olduğunu insanlara belə xəbər verir:

“…Ola bilsin ki, sizdə nifrət doğuran hər hansı bir şeydə Allah (sizdən ötrü) çoxlu xeyir nəzərdə tutmuş olsun.” (Nisa surəsi, 19)

“… Bəzən xoşlamadığınız bir şey sizin üçün xeyirli, bəzən də xoşladığınız bir şey sizin üçün zərərli ola bilər. Allah bilir, siz bilməzsiniz.” (Bəqərə surəsi, 216)

Möminlər bu sirri bildikləri üçün rastlaşdıqları hər şeyin xeyirli və yaxşı cəhətlərini axtararlar. Maneə, çətinlik və çatışmazlıq kimi görünən heç bir hadisə onları nə kədərləndirər, nə də ki həyəcanlandırar. Bu vəziyyətləri isə heç bir zaman dəyişməz, böyük-kiçik hər hadisəyə qarşı davamlı eyni olar. Səmimi bir müsəlmanın illər boyunca çalışaraq qazandığı bütün var-dövləti əlindən çıxsa belə, bunda xeyir və hikmət axtarar. Məsələn, Allahın onu həyatını xilas etməsini, onu pis şeylərdən, harama girməkdən, pula hərislik edib haqq yoldan uzaqlaşmaqdan qoruduğunu düşünər və şükür edər. Çünki insan dünya həyatında nə itirirsə-itirsin, bu itki axirətdəki ilə eyni olmaz. Axirətdəki itki insanın sonsuzluğa qədər dözülməz əzab içində qalması deməkdir. Axirəti düşünərək yaşayan insan üçün dünya həyatındakı hər hadisə axirət üçün xeyir və gözəllikdir. Belə bir insan başına bir hadisə gəldikdə acizliyini və möhtaclığını daha yaxşı anlayar, Allaha dua və təfəkkürlə daha çox yaxınlaşar. Bu da insanın axirəti üçün çox əhəmiyyətlidir. Bundan başqa, belə bir hadisəyə təvəkküllü davranıb səbir göstərərək Allahın razılığını qazanmış olar. Allahın razılığı isə hər şeydən üstündür.

blank