Hər dua qəbul edilir

Sonsuz mərhəmət, şəfqət və güc sahibi olan Allah Quranda insanlara çox yaxın olduğunu, Ona dua (2)

Sonsuz mərhəmət, şəfqət və güc sahibi olan Allah Quranda insanlara çox yaxın olduğunu, Ona dua edərək bir şey istədiklərində onların dualarını qəbul edəcəyini bildirir. Bu mövzu ilə əlaqədar ayələrdən biri belədir:

Qullarım Məni səndən soruşsalar, (de ki:) “Mən (onlara) yaxınam. Mənə dua etdiyi vaxt dua edənin duasını qəbul edərəm. Ona görə də dəvətimi qəbul edib Mənə iman gətirsinlər. Ola bilsin ki, onlar doğru yola yönələrlər”. (Bəqərə surəsi, 186)

Allah ayəsində də bildirdiyi kimi hər insana çox yaxındır, hər insanın diləyinə, içindən keçirdiklərinə, düşündüklərinə, bir dostuna söylədiklərinə, pıçıldaşaraq danışdıqlarına, hətta yaddaşında olanlara qədər bilir. Buna görə də, Allah Ona yönəlib dua edən, Ondan istəyən hər kəsi eşidir və bilir. Bu, insanlar üçün çox böyük nemət və Allahın rəhmətinin, mərhəmətinin və sonsuz gücünün təcəllisidir.

Allah sonsuz güc və elmə malikdir. Allah bütün kainatda var olan hər şeyin sahibidir. Ən güclü kimi görünən insanlardan ən böyük zənginliklərə, ən ehtişamlı göy cisimlərindən torpağın dərinliklərində yaşayan kiçik bir heyvana qədər canlı-cansız hər varlıq Allaha aiddir və Allahın iradə və idarəsi altındadır.

Bu həqiqətə iman edən bir insan, Allahdan hər şeyi istəyə bilər və Allahın duasını qəbul etməsinə ümid edə bilər. Məsələn amansız kimi görünən bir xəstəliyə tutulan bir insan, əlbəttə ki, bütün tibbin köməyinə müraciət edəcək. Ancaq şəfanı verənin Allah olduğunu bilərək, Allaha sağlamlığı üçün dua edər. Və ya içində bir növ qorxu ya da narahatlıq duyan bir insan, Allahın qəlbinə fərahlıq verməsi və onu bütün qorxularından qurtarması üçün dua edə bilər. İşində qarşısına çətinliklər çıxan bir insan, Allahın işlərini asanlaşdırması, çətinliklərini aradan qaldırması üçün Allaha yönələ bilər. İnsan bunun kimi saymaqla bitməyəcək qədər bir çox mövzuda Allahdan istəyə bilər. Allahın hidayətini artırması, onu Cənnətdə salehlərlə birlikdə sonsuza qədər qonaq etməsi, Cənnəti, Cəhənnəmi, Allahın gücünü daha yaxşı qavrayıb anlamaq üçün qavrayışını artırması, zənginliyinin artması kimi…

Ancaq, bu mövzuda deyiləcək və Quranda bildirilən başqa bir sirr də var. Allah bir ayədə, “İnsan (özü üçün) xeyir istədiyi kimi, şər də istəyər. Axı insan çox tələskəndir.” (İsra surəsi, 11) şəklində bildirir. Məsələn, bir insan uşaqlarının gələcəyi üçün Allahdan böyük mülk və zənginlik istəyə bilər. Ancaq Allah onun bu istəyində xeyir görməyə bilər. Bəlkə də zənginlik uşaqlarının azğınlaşıb harınlamalarına səbəb olacaq. Allah bu insanın duasını eşidər və onun duasına ən xeyirli şəkildə cavab verir.

Və ya bir insan bir yerə tez çatmaq üçün dua edər. Amma bəlkə də özü üçün ora daha gec getməsi və biri ilə qarşılaşaraq ondan axirətinə fayda gətirəcək şeylər öyrənməsi daha xeyirlidir; məhz Allah bunu bilər və bu adamın da duasına yenə ən xeyirli olacaq şəkildə reallaşdırar. Yəni Allah o insanı eşidər, amma duasında onun üçün bir xeyir görmürsə, onun üçün ən xeyirli olanı yaradar. Bu, çox əhəmiyyətli sirdir.

Bu sirri bilməyənlər, Allaha dua etdikdən sonra duaları həyata keçmədiyində, Allahın onları eşitmədiyini zənn edərlər. Bu, çox azğın və cahilcə olan inanışdır. Çünki Allah insana şah damarından daha yaxındır. (Qaf surəsi, 16) O, insanın hər danışığından, hər düşüncəsindən, həyatının hər anından xəbərdardır. İnsan yatarkən belə, Allah onun hər halını, yuxusunda gördüklərinə qədər bilər. Bunların hamısını yaradan Allahdır. Buna görə də, insan Allaha hər dua etdiyində Allahın duasını bir ibadət olaraq qəbul etdiyini bilməli və duasına özü üçün ən xeyirli zamanda və ən xeyirli şəkildə cavab veriləcəyinə inanmalıdır.

Dua, hər insan üçün çox qiymətli ibadət və böyük nemətdir. Çünki Allah insana dua vasitəsi ilə Allahın xeyirli və gözəl gördüyü hər şeyi əldə etmə imkanı vermişdir. Allah “De: “Əgər duanız (ibadətiniz) olmazsa, Rəbbim sizə nə üçün dəyər versin!”” (Furqan surəsi, 77) ayəsi ilə duanın insanlar üçün əhəmiyyətini bildirir.