Hər bir canlı doğulan kimi öz növünə məxsus davranışlar göstərməyə başlayır

Əlbəttə ki, bu mümkün deyildir. Bunu anlamaq üçün təkcə bir nümunə kifayət edər.

Yeni yumurtadan çıxmış bir ipəkqurdu tırtılını nəzərdən keçirək. Dünyada bir dəfədə ən çox yumurta qoyan canlılardan biri də ipəkqurdudur. Bir dəfədə 450–500 yumurta qoyan ipəkqurdları yumurtalarını qorumaq və ətrafa səpələnməsinin qarşısını almaq üçün onları ifraz etdikləri xüsusi bir sap vasitəsilə bir-birinə bağlayırlar. Yumurtadan çıxan tırtıllar ilk olaraq özlərinə uyğun bir budaq tapır və həmin sap vasitəsilə özlərini bu budağa bərkidirlər. Ardınca isə bədənlərindən ifraz etdikləri başqa bir sapla özlərinə barama hörməyə başlayırlar. Tırtıl bu proses zamanı orta hesabla 900–1500 metr uzunluğunda sap ifraz edir. Yer üzündə hər gün dünyaya gələn saysız-hesabsız tırtıllar da eyni şəkildə hərəkət edər. Bu qədər çətin və mürəkkəb əməliyyatları bir ipəkqurdu tırtılının təsadüfən öyrəndiyini, daha sonra isə bunları özündən sonrakı nəsillərə öyrətdiyini iddia etmək, əlbəttə ki, son dərəcə məntiqsizdir.

Allah yaratdığı hər bir canlıya müxtəlif xüsusiyyətlər bəxş edər. Bu xüsusiyyətlər hər yeni nəsildə eyni olar, heç vaxt dəyişməz və inkişaf etməz. Tırtıl həmişə tırtıl olar və həmişə eyni baramanı hörər. Bu, Allahın sənətidir. Allah hər şeyə qadirdir. Onlar eyni növə aid digər fərdlərin balalarına da eyni qayğı ilə yanaşarlar. Bu, təkamülçülər baxımından ziddiyyət deyilmi?