Mömin iman etdiyi zaman, onsuzda hər anını Allahın rizasını qazanmaq məqsədi ilə keçirməyə qərar vermişdir. Və o andan etibarən də, maddi mənəvi hər tərəfli səy göstərir. Ancaq möminin vacib bir xüsusiyyəti də, imanını heç vaxt lazımı şəkildə görməməsidir. Çünki insanın, həyatının sonuna qədər, hər keçən anı, imanını daha da dərinləşdirmək imkanı vardır. Bu səbəbdən hər gün, hər saat, hər an, bir daha imanını təzələməli, hər saniyəsini Allahın razı qalacağı davranışlarla keçirmək üçün çalışmalıdır.
Elə bu gün, bu saat, bu yazını oxuduğumuzda, bizlər də eyni şəkildə bir daha imanımızı təzələməliyik. Bu andan etibarən, daha şüurlu, daha diqqətli və daha səmimi halda, zamanımızı, imkanlarımızı, maddi və mənəvi gücümüzü ola biləcək ən xeyirli şəkildə keçirməyə niyyət edə bilərik. Qarşımıza çıxan hər ibadət fürsətini, daha çox şövqlə, daha yaxşı şəkildə qiymətləndirməliyik. Hər imkanda önə atıla bilər, Allahın rizasını qazanmaq üçün hər fürsəti istifadə edib, xeyir işlərdə yarışa bilərik. “bugünlük bu qədər bəsdir” və ya “ətrafımdakı insanlardan daha çox çalışıram, bəzi insanlardan isə daha yaxşı insanam” demədən; “mən onsuzda hər günümü ən faydalı, ən hikmətli şəkildə keçirirəm” deyə düşünmədən, daha nə edə biləcəyi haqqında fikirləşməlidir.
İman etmiş Müsəlman əlbəttə ki, hər anını, Qurana uyğun şəkildə davranışlarla keçirir. Ətrafındakı insanlar, bu şəxsin daha fərqli qərar aldığını, bir neçə dəqiqə onunla ünsiyyətdən sonra başa düşürlər. Çünki belə niyyət etmiş insanda vicdan hissi daha yüksəkdir. Ətrafında baş verən bütün hadisələrə qarşı hər kəsdən daha çox maraqlanır. Çətin, əziyyətli və yorucu işlərə qarşı hər kəsdən daha çox əzmlidir. Hər kəsdən daha çox daha nəzakətli, hər kəsdən daha hikmətli danışır, hər kəsdən daha çox sevgi və şəfqət doludur. Hər kəsdən daha çox yaradıcılıq şövqü vardır. İnsanların problemlərini onlar demədən anlayır və əlindən gəldiyi qədər kömək etməyə çalışır. İnsanlara qarşı gözəl üslubdan istifadə edir, özünə qarşı inam yaradır. Üzərində hər kəsin görə biləcəyi müsbət enerji vardır.

