Bu gün həyatınızın son gününü yaşadığınızı və ya son bir neçə həftə və ya ayı yaşadığınızı düşünün…
Sürətli şəkildə ağlınızdan keçirin, “Görəsən necə insan olardınız?”…
Düşüncələriniz, davranışlarınız, üslubunuz, danışığınız, qərarlarınız necə olardı?…
İndi ağlınızı məşğul edən hansı mövzular bir anda bütün əhəmiyyətini itirərdi?
Hansı mövzuları heç düşünmədən bir anda ağlınızdan uzaqlaşdırardınız?…
Əsl əhəmiyyətli olduğunu anladığınız hansı mövzular ağlınızı tamamilə məşğul edərdi?…
Allaha inanmayan, ya da qəlbi şübhə ilə dolu olan insanların böyük hissəsi, ölümün yaxınlığını hiss etdikləri zaman düşüncələrində böyük bir dəyişiklik meydana gəlməz. Yenə bütün həyatı boyu olduğu kimi yalnız dünya həyatındakı nizamlarını və bu dünyada geridə qoyacaqlarını düşünürlər. Ən böyük narahatlıqları, ölümə doğru irəliləyərkən çəkəcəkləri fiziki əzab və dünya həyatından ayrılmağın verdiyi mənəvi əzabdır.
İman edənlərdə isə tam fərqli bir dünyagörüşü var. Mömin üçün yaxın bir zamanda öləcəyi xəbərini eşitmək həyatını kökündən dəyişər. Müsəlman iman etdiyi andan etibarən daim ölümə və axirətə hazırlıq görər. Ölümün və axirətin yaxınlığını həyatının hər anında və bütün həqiqəti ilə hiss edərək yaşayır. Buna görə də bu mənada böyük bir dəyişiklik yaşamır. Amma Allahdan çox qorxduğu və vicdanı çox açıq olduğu üçün belə xəbər aldığı zaman bütün həyatını, əxlaqını, vicdanını, davranışlarını, düşüncələrini bir dəfə də və çox köklü şəkildə nəzərdən keçirər. Əlindəki bütün imkanlarla geriyə qalan son zamanının bir saniyəsini də boş keçirmədən xeyir işləməyə çalışar. Bütün bunları edərkən yaşadığı çox əhəmiyyətli bir həqiqət daha var: Heç kimin ona doğrunu, səhvi göstərməsinə ehtiyac yoxdur. Ən gözəl sözləri, ən gözəl davranışları, ən doğru, ən yaxşı, ən mükəmməl olan hər şeyi özü bilir. Həm də heç çətinlik çəkmədən və uzun-uzun düşünməyə ehtiyac duymadan.

