Bütün bu həqiqətlər, bizi çox əhəmiyyətli bir sualla qarşı-qarşıya gətirir: Madam ki, maddi dünya olaraq tanıdığımız şey realda ruhumuzun gördüyü hisslərdən ibarətdir, o halda bu hisslərin qaynağı nədir?
Bu suala cavab verərkən diqqət yetiriləcək həqiqət budur; maddənin öz başına müstəqil bir varlığı yoxdur. Maddə bir duyğu (hiss) olduğuna görə, “süni” bir şeydir. Yəni bu duyğunun bir başqa güc tərəfindən düzəldilməsi, daha açıq bir ifadə ilə yaradılması lazımdır. Həm də davamlı olaraq. Bu, bir televizor ekranında görüntünün davam edə bilməsi üçün, yayımın da həmişə davam etməsi kimidir.
Görəsən bizim ruhumuza ulduzları, dünyanı, bitkiləri, insanları, bədənimizi və gördüyümüz digər hər şeyi dayanmadan seyr etdirən kimdir?
Çox açıqdır ki, yaşadığımız bütün maddi kainatı, yəni hisslər bütününü yaradan və daima yaratmağa davam edən üstün bir Yaradıcı vardır. Bu Yaradıcı sonsuz bir güc və elm sahibidir. O Yaradıcı aləmlərin Rəbbi olan Allahdır.
Göylərin və yerin, yəni kainatın sabit və qərarlı olmadığı, yalnız Allahın yaratmağı ilə varlıq tapdıqları və O, yaratmağı dayandırdığında yox olacaqları bir ayədə belə ifadə edilir:
Həqiqətən, Allah göyləri və yeri nizamları pozulmasın deyə tutub saxlayır. Əgər onların nizamı pozularsa, Ondan başqa heç kəs onları tutub saxlaya bilməz. Şübhəsiz ki, O, həlimdir, bağışlayandır. (Fatir surəsi, 41)
İnsanların çoxu, Allahın gücünü qavraya bilmədiklərindən, Onu göydə bir yerdə olan və dünya işlərinə müdaxilə etməyən bir varlıq olaraq düşünürlər. Bu məntiqin təməli, kainatın bir maddələr bütünü olduğu, Allahın isə bu maddələrin “xaricində” bir yerlərdə olduğu şəklindədir.
Halbuki, indiyə qədər araşdırdığımız kimi, maddə bir duyğudan ibarətdir. Həqiqi mütləq varlıq isə Allahdır. Yəni var olan yalnız Allahdır, Ondan başqa hər şey Allahın yaratdığı görüntü varlıqlardır. Belə olduqda da, Allahın maddə birliyinin “xaricində” olması kimi bir şey ola bilməz. Allah “hər yerdə”dir və hər yeri örtməkdədir.
Bu həqiqət Quranda belə açıqlanar:
Allahdan başqa ilah yoxdur! O diridir, bütün məxluqatı idarə edir. O nə mürgüləyər, nə də yuxulayar. Göylərdə və yerdə nə varsa hamısı Onundur. İzni olmadan Onun yanında kim şəfaət edə bilər?! Önlərindəkini (edəcəkləri əməlləri) də, arxalarındakını (etdikləri əməlləri) də O bilir. (Yaradılanlar) Allahın elmindən, Onun dilədiyi qədərindən başqa heç nəyi qavraya bilməzlər. Onun kürsüsü göyləri və yeri əhatə etmişdir. Onları mühafizə etmək isə Ona çətin deyildir. Ən uca və ən böyük olan da Odur! (Bəqərə surəsi, 255)
Allahın məkandan münəzzəh olduğu və hər yeri ətraflı əhatə etdiyi gerçəyi bir başqa ayədə də belə ifadə edilməkdədir:
Şərq də, Qərb də Allahındır. Ona görə də hansı tərəfə yönəlsəniz, Allah oradadır. Şübhəsiz ki, Allah hər şeyi əhatə edəndir, hər şeyi biləndir. (Bəqərə surəsi, 115)
Maddi varlıqlar duyğu olduqlarına görə Allahı görə bilməzlər, amma Allah, öz yaratdığı maddəni hər şəkliylə görər. Quranda ”Gözlər onu dərk etməz. O, gözləri dərk edər. O, lətifdir və hər şeydən xəbərdardır.” (Ənam surəsi, 103) deyilərək bu həqiqət xəbər verilməkdədir.
Yəni biz Allahın varlığını gözlərimizlə görə bilmərik. Amma Allah bizim daxilimizi, xaricimizi, baxışlarımızı, düşüncələrimizi tam olaraq əhatə etmişdir. Ondan xəbərsiz biz tək bir söz belə söyləyə bilmərik, hətta tək bir nəfəs belə ala bilmərik.
“Xarici dünya” sandığımız hissləri seyr edərkən, yəni həyatımıza davam edərkən də, bizə ən yaxın olan varlıq, hər hansı bir duyğu deyil, Allahın Özüdür. Quranda “And olsun, insanı Biz yaratdıq və nəfsinin ona nə vəsvəsə etdiyini də Biz bilirik. Biz ona şah damarından da yaxınıq” (Qaf surəsi, 16) ayəsinin sirri də bu həqiqətdə gizlidir. Bir insan öz bədəninin “maddə”dən meydana gəldiyini zənn etdiyində bu əhəmiyyətli həqiqəti qavraya bilməz.
Allah insanlara “sonsuz yaxın” olduğunu, ”Bəndələrim məni səndən soruşduqda söylə ki, Mən onlara çox yaxınam…” (Bəqərə surəsi, 186) ayəsi ilə də bildirir Bir başqa ayədə keçən, “…Rəbbin (öz elmi və qüdrəti ilə) insanları ehtiva (ətraflı əhatə) etmişdir” (İsra surəsi, 60) ifadəsi də yenə eyni həqiqəti xəbər verər.
İnsan özünə ən yaxın olan varlığın yenə özü olduğunu sanaraq yanılar. Halbuki Allah bizə, özümüzdən belə daha yaxındır. ”Can boğaza yetişdiyi zaman siz ona baxıb durursunuz. Biz ona sizdən daha yaxınıq amma siz (bunu) görmürsünüz!” (Vaqiə surəsi, 83-85) ayəsi ilə də bu həqiqətə diqqət çəkmişdir. Ancaq ayədə də bildirildiyi kimi insanlar gözləri ilə görmədikləri üçün bu fövqəladə həqiqətdən xəbərsiz yaşayırlar.
Başqa yandan, bir görüntüdən başqa bir şey olmayan insanın, Allahdan asılı olmayan bir güc və iradəyə sahib olması da mümkün deyil. Necə ki “Halbuki sizi də, sizin düzəltdiklərinizi də Allah yaratmışdır” (Saffat surəsi, 96) ayəsi yaşadığımız bütün hadisələrin Allahın idarəsi altında reallaşdığını göstərir. Quranda bu həqiqət bildirilməkdə və “… atdığın zaman sən atmadın, Allah atdı…” (Ənfal surəsi, 17) ayəsi ilə, hər bir hərəkətin Allahdan asılı olduğu vurğulanmaqdadır. İnsan kölgə varlıq olduğu üçün atma hərəkətini edən özü ola bilməz. Ancaq Allah bu kölgə varlığa özünün atdığı hissini verməkdədir. Həqiqətdə isə bütün hərəkətləri reallaşdıran Allahdır. Bu vəziyyətdə insanın etdiyi işləri özünə aid hərəkətlər olaraq qəbul etməsi, açıqca özünü aldatmasıdır.
Reallıq budur. Bir insan bunu qəbul etmək istəməyə bilər, özünü Allahdan müstəqil bir varlıq sanmağa davam edə bilər, amma bu heç bir şeyi dəyişdirməz.

