İnsanların tez-tez yol verdiyi səhvlərdən biri də, hər hansı çətinliklə qarşılaşdıqlarında dərhal pessimizmə qapılmalarıdır. Bir çox insan, belə vəziyyətlərdə “mütləq bu vəziyyəti düzəldəcək bir çıxış yolu vardır” deyə düşünməkdənsə, nədənsə əvvəlcə “ediləcək bir iş yoxdur”, “bura qədərmiş”, “artıq bu mövzu burada bitdi” kimi məntiqlərlə hərəkət edib bütün həll yollarının tükəndiyinə inanmağa meyl edirlər.
Halbuki şərtlər nə qədər çətin və mövcud imkanlar hər nə qədər məhdud olursa olsun və insan hər nə qədər alına biləcək bütün tədbirləri alırsa alsın, mütləq yeni bir çıxış yolu ola biləcəyinə hər zaman inanmalı və ümidini heç vaxt itirməməlidir.
Allah Quranda, Allaha inanan bir kimsənin heç bir mövzuda heç vaxt ümidini kəsməyəcəyini bildirmişdir. Bu səbəbdən mömin hansı hadisə ilə qarşılaşırsa, heç vaxt ümidsizliyə, pessimizmə və ya mənfi düşüncələrə qapılmamalıdır. Bu, Allahın Müsəlmanlara olan əmridir.
Nəfs, bu cür bir vəziyyətlə qarşılaşdıqda, insanı müsbət yöndə düşünməkdən əvvəl, sanki bir refleks kimi dərhal mümkün ola biləcək ən mənfi ehtimalları düşünməyə yönəldər. Demək olar bütün insanlar övladı ilə olan münasibətlərdən tutmuş, Quran əxlaqını mənimsəyənə qədər hər bir hadisəyə bu dünyagörüşüylə yanaşar. Bunun mənfi nəticələrini və zərərlərini düşünmədiyi üçün də, bu refleksə etiraz edib onu dəyişdirməyə ehtiyac hiss etməz. Çətin bir vəziyyətlə qarşılaşdıqda insanların ilk anda ağızlarından çıxan sözlərin əksəriyyətinin “əfsuslar olsun”, “təəssüf ki,” kimi ifadələr olması da bu səbəbdəndir.
Həmçinin pessimizmin, daim mənfi ehtimallarla düşünməyin, çarəsizliyə inanmağın insana verdiyi əzab çox şiddətlidir. Bu duyğulara qapılan insanların sahib olduğu ruh halı, Allahın bəyənmədiyi bir əxlaqı yaşadıqları üçün, Allahın onlara dünyada verdiyi bir qarşılıqdır…
I …Hansı ki, bunun tam tərsi olan İslam əxlaqını yaşamaq çox asandır. İnsanın, sonsuz ağıl sahibi, sonsuz ədalətli, sonsuz mərhəmətli, bağışlayıcı və sonsuz yaratma gücünə sahib olan Allahı tanıması, insan üçün çox böyük bir lütfdür. Quranda insanların, Allahdan dilədikləri hər şeyi istəyə biləcəkləri bildirilmişdir. İnsan, istədiyi an istədiyini yaratma gücünə sahib olan Allahdan hər şeyi istəyə bildiyinə görə, çıxılmaz vəziyyətə düşməsi, çarə yollarının tükənməsi, çıxış yolunun qalmaması kimi ehtimallar içində yaşaması da tamamilə həqiqətdən uzaqdır. Çünki Allahın diləməsi və köməyi ilə insanın hər mövzuda yolu açıqdır. Allahın bu gücünü və mərhəmətini bilməsi də, insanın istənilən vaxt, istənilən mövzuda ümidvar olmasını təmin edər.
Bu əxlaq, Allahın Quranda əmr etdiyi əxlaqdır və Allahın bu əmrini tətbiq etmək, insanlar üçün böyük bir nemətə çevrilir. İnsanın pessimizm yerinə, belə bir ümidvar əxlaq içində yaşaması, daha gözəl, güvən verici və daha rahatdır. Əks təqdirdə insan həmişə narahat, qorxu içində, mənfi təxminlərlə zehnini yoraraq yaşayar. Allahın Quranda bildirdiyi əxlaqa uyğun yaşayan insan isə, ən çətin şərtlər altında belə Allahın köməyini, rəhmətini, yaxınlığını, daim Ona ümid etməyin rahatlığını, sevincini yaşayar.
Allah Quranda, “… Rəbbinin sənə bir rəhbər, bir mədədkar olması kifayət edər!” (Furqan Surəsi, 31) buyurmuşdur. Allahın yol göstərməsi, insan üçün, Allahın izni ilə istənilən mövzunu həll edə biləcəyi çox böyük bir nemətdir və üstəlik insan onsuz da öz-özünə bir çıxış yolu tapacaq gücə sahib deyil. Allah diləmədikcə heç bir şeyə güc çatdıra bilməyən aciz bir varlıqdır. Allahın ona çıxış yollarını, çarələri, doğruları göstərməsinə möhtacdır. Bu səbəbdən Allaha çox güvənmək, Allaha çox səmimi olub, ümidlə kömək istəmək və ağılını, vicdanını ən yaxşı şəkildə istifadə edərək əlindən gələn hər cür səyi göstərmək lazımdır. Ancaq buradakı sirr, insanın ümidlə və reallaşa biləcəyinə qəti inanaraq Allahdan istəməsidir.

