“Ağıl” sözü cəmiyyətdə ümumiyyətlə insanların zəka səviyyəsini ifadə etmək məqsədiylə istifadə edilər. Halbuki ağıl, zəkadan çox üstün və daha dərin qavrayış şəklidir.
Zəka, ən bilinən mənası ilə insanın düşünmə, həqiqətləri qəbul etmə, mühakimə etmə və nəticə çıxarma qabiliyyətlərinin hamısıdır. İlk dəfə qarşılaşılan, ya da ani olaraq inkişaf edən hadisələrə uyğunlaşma təmin edə bilmə, anlama, öyrənmə, analiz qabiliyyəti, beş duyğunun, diqqətin və düşüncənin sıxlaşdırılması, detallara diqqət yetirilməsi həmişə zəka sayəsində reallaşdırılar.
Ağıllı bir insan isə, zəkanın təmin etdiyi bütün bu üstünlükləri istifadə etməsi ilə yanaşı, ağıllı olmayan bir insanın sahib olmadığı qavrayış və qabiliyyətə də malikdir.
Zəki bir insan, ancaq müəyyən bir mövzuda çalışaraq, ya da özünü öyrədərək, əldə etdiyi məlumat və təcrübələrlə bir şeylər bacara bilər. Ancaq bütün bunlar yalnız öyrənməyə, əzbərdən və təcrübələrə söykənən bacarıqlardır. Bu səbəbdən bu insan, müəyyən bir nöqtədə tıxanıb qalma, çözüm tapa bilməmə, girişdiyi bir işi nəticələndirə bilməmə kimi vəziyyətlərlə qarşılaşa bilər.
Ağıllı bir insan isə təhsil almadığı, təcrübəli olmadığı, hətta ilk dəfə qarşılaşdığı bir mövzuda belə, illərlə o mövzuda təhsil almış bir kimsədən belə iti və daha məqsədəuyğun nəticələr əldə edə bilər. Çünki ağıllı insan, bir mövzuda öz texniki məlumatı olmasa da dərhal ən doğru çözümü tapar, lazım olsa o mövzudakı ən təcrübəli insanı təsbit edər və edilməsi lazım olan işi ona etdirərək nəticəyə çatdırar. Qısacası ağıl, insana zəkanın çox üstündə bir anlayış qazandıran, dərin düşünə bilmə, doğrunu tapa bilmə və hər mövzuda çözüm gətirə bilmə qabiliyyətidir. Üstəlik ağıl, həyatın hər sahəsinə hakim olan və bir çox mövzuda müvəffəqiyyət təmin edən bir qabiliyyətdir.

